Bu gün paytaxt zonasında və əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilir.
Bizim.Media xəbər verir ki, Bakıda və Abşeronda mülayim şimal küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 4-7° isti, gündüz 9-14° isti təşkil edəcək.
Respublikanın bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Bölgələrdə gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
Gecə və səhər arabir duman müşahidə ediləcək.
Bizim.Media