Aşağı Qaraməryəm kənd sakinləri içməli su tapmır

Göyçayın Aşağı Qaraməryəm kənd sakinləri illərdir içməli su üzünə həsrətdirlər. Kəndin bir hissəsi içməli su ilə təmin edilib amma yerdə qalan əhali isə qablarla kəndin içərisindən keçən arxdan su daşıyıb məişətdə istifadə edirlər. Bu da onların sağlamlığı üçün böyük risk yaradır. 

Bu sözləri Bizim.Media-nın Aran bürosuna kənd sakinləri bildiriblər.

Sakinlər təmiz su istifadə etmək üçün   1 maşın suyu 10 manatdan alırlar. Aldıqları suyu  bir həftə istifadə edə bilirlər. Ay ərzində təkcə suya ödədikləri məbləğ 30-40 manat civarında olur, bu da onların büdcələrinə uyğun deyil. Məişətdə istifadə üçün isə arx suyundan izolyasiya olunmadan istifadə edirlər. Sakinlər deyirlər ki, aidiyyati qurumlar kənddə də su qurğularının olacağı vədləri ilə illərdir onlara təskinlik verirlər. Kənd sakini Mətləb Qədirov bildirir ki, “30 ildir bu əziyyəti çəkirik dəfələrlə müraciət etməyimizə baxmayaraq bu günə kimi bizimlə heç bir qurum maraqlanmayıb”.

Digər kənd sakini Əli Zərbəliyev də şikayətlənir ki, “içməli suyu pulla alırıq qışda 2 maşın yayda isə 4 maşın su almalı oluruq çünki mala qaraya hamısına o sudan içiririk buda bizim büdcəmizə uyğun deyil”.

Mülayim Cəfərova  isə suya pul çatmayanda məcbur olub kanalizasiyaların axıdıldığı arxın suyundan istifadə etdiklərini, deyir.
Qeyd edək ki, Aşağı Qaraməryəm kəndinin ərazisindən keçən Dəvəbatan su arxı bir neçə kəndin içindən keçir və əsas qollarından biri də sözügedən kəndin, demək olar, tən mərkəzindən axır. Əslində məsafə baxımından kənd sakinlərinin bu sudan istifadəsi çox əlverişlidir, amma su birbaşa içmək və məişətdə istifadə üçün yararlı deyil. Kənd əhalisi suda olan mikrobların səhhətlərində yarada biləcək riskləri gözə alaraq yenə də bu sudan istifadə etməli olurlar. Çünki başqa əlacları yoxdur. Bəs bu çarəsizlik nə vaxt bitəcək, sakinlər nə zaman təmiz və sağlamlığa ziyanı olmayan içməli suya qovuşaqcaqlar?  Bu suallarla  kənd icra nüməyəndəsinə müraciət etdik.

Kənd icra nümayəndəsi Rəhilə Xəlilova Bizim.Media-nın yerli bürosuna bildirdi ki, bizdə icra nümayəndəsi olaraq su idarəsinə müraciət etmişik və gəlib baxış keçiriblər amma onlar bildiriblər ki,  bura sonuncu dəfə su xətti 90-cı illərdə çəkilib. Kəndin bu hissəsinə gəldikdə isə dövlət tərəfindən vəsait ayrılacağı təqdirdə kəndin bu hissəsinə su xətti çəkilə bilər. Məsələ ilə bağlı Azərsu Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri anar Cəbrayıllı Bizim.Media-nın yerli bürosuna bildirildi ki, hazırda həmin kənddə qurum xidmət göstərmir. Amma kənd və qəsəbələrin su təminatının yaxşılaşdırılması layihələri çərçivəsində gələcəkdə bu kəndə də su xəttinin çəkilməsi reallaşacaq.



Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahbaz Şərif də ABŞ-İran danışıqları üçün İsveçrəyə uçdu

Şahbaz Şərif də ABŞ-İran danışıqları üçün İsveçrəyə uçdu

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Bu gün rezidenturaya imtahan var

Bu gün rezidenturaya imtahan var

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

End of content

No more pages to load

RADİO