Hadisə Gəndab-Yalama yolunun rayonun Mürşüdoba kəndindən keçən hissəsində qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Mürşüdoba kənd sakini, 27 yaşlı Elvin İlqar oğlu Əsgərov idarə etdiyi Mersedes markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Avtomaşının ağaca çırpılması nəticəsində sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.
AytəkinAlxaslı, Bizim.Media, Şimal bürosu