“Sağlam düşüncə, sağlam həyat tərzi”x9d ”“ gənclər arasında sağlam qidalanmağın təbliğilayihəsi “Azərbaycan Gənclər İttifaqı”x9d İctimai Birliyi tərəfindən bu ilin may ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşərək həyata keçirilməyə başlayıb.
Layihənin məqsədi gənc nəslin qidalanmasının vəziyyətinin müşahidə etməklə,xa0 sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər və valideynlər arasında məlumatlandırma və maarifləndirmənin təşkilidir.
Hazırda mövzü üzrə seçilmiş qruplarla təlimlər təşkil olunur. Ümumən 4 qrupdan ibarət olan təlim qruplarının 2-si üçün iyun ayı ərzində təlimlər keçirilir. Təlimlər zamanı iştirakçılar arasında interraktiv metodlardan istifadə edilməklə “Düzgün qidalanma haqqında məlumat”x9d, “Düzgün qidalanmanın əsas üstünlükləri”x9d, “Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”x9d, “Sağlan qidanın vacibliyi”x9d, “Düzgün qidalanma “piramidası”x9d barədə”x9d, “Fast-fudların ziyanı”x9d, “GMO nədir və onların insan orqanizminə təsiri”x9d mövzuları barədə imformasiya verilir.
İcra olunan layihə müddəti ərzində daha geniş auditoriyanın diqqətini layihədə qaldırılan məsələyə cəlb olunmasından ötür gənclər üçün mövzu üzrə təlim üzrə materialları xüsusi hazırlanmış CD-lərdə iştirakçılara təqdim edilib.
Sözügedən layihə 3 ay müddətində Bakı şəhəri ərazisində yerləşən müxtəlif təhsil müəssisələrindəki tələbə və şagirdlər arasında həyata keçirilir. Layihə bu ilin avqustunda yekunlaşacaq.
xa0