Bu gün professor, əməkdar elm xadimi Şahlar Əsgərovun 76 yaşı tamam olur.xa0
Bu münasibətlə onu dostları - Moderator.az - ın baş redaktoru Zülfüqar Hüseynzadə, tanınmış təhsil eksperti Nadir İsrafilov və publisist şair Şəmsi Qocaxa0xa0təbrik ediblər.xa0Bir masa ətrafında söhbət əsnasında Şəmsi Qoca bədahətən Şahlar Əsgərova şer yazıb. Həmin şeri oxuculara təqdim edirik:
Şahlar müəllim, yol gedirik haçandı
Ötən ömrün əllisi var, yüzü var.
Dünya sənə dost olmasa qəm yemə
Dostların da əyrisi var, düzü var.
Alnıaçıq üz tutmusan xa0səksənə
Bir nərə çək, bəlkə nadan səksənə
Ağ buluddan yaz yağışı töksənə
Şair qəlbin neçə kövrək sözü var.
Nadir müəllim yaddaşını varaqlar
Varaqlayıb Zülfüqarı soraqlar.
Gözəl gündü nur çiləyir çıraqlar
Nə yaxşı ki, ocağının közü var.
Zirvədəsən, suyun - selin car olsun
Dost sevinsin, düşmənlərin xar olsunxa0
Alqış elə həyat bizə yar olsunxa0
Bir nəğmədə Şəmsi Qoca özü var.