Dünyada ilk: Azərbaycanda təhsil jurnalistikası ələ alındı - FOTO

Martın 5-də Azərbaycan Texniki Universitetinin Davamlı İnkişaf Mərkəzində Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində təlim keçirilib.

Bizim.Media xəbər verir ki, təlimin moderatoru AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova olub.

Təlimdə müxtəlif media qurumlarının təhsil mövzusunda xəbərlər hazırlayan əməkdaşları iştirak ediblər.

Layihənin əsas məqsədi təhsil jurnalistlərinin təsnifatlandırılması, onların təhsil qurumları və bu səhənin mütəxəssisləri ilə səmərəli fəaliyyətinin təmin edilməsi üçün faydalı müzakirələrin aparılmasıdır.


Təlimi giriş nitqi ilə açan AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı təhsildən yazan jurnalistlərin ixtisaslaşmasının vacibliyindən bəhs edib və təlimin media nümayəndələri üçün olduqca faydalı olduğunu diqqətə çatdırıb.

Daha sonra SODİMER rəhbəri Levent Eraslan təhsil jurnalistikasının məqsədindən söz açaraq təhsil sahəsində ortaya çıxan mövcud məlumat və faktların düzgün şərh edilməsi və qiymətəndirilməsi ilə bağlı mühim məqamlardan söz açıb:

"Təhsil jurnalistləri gündəmi tutmağı bacarmalı, ancaq bundan əlavə mövcud hadisələrdən, eləcə də köhnəlmiş xəbərlərdən də yeni gündəm yaratmalıdır. Təhsil jurnalisti müasir dövrün tələblərinə cavab verən texniki vasitələrlə işləməli, lazımi halda süni intellektə də müraciət etməlidir. Jurnalistin əsas qayələrindən biri də rəsmi qurumlar və ilkin xəbər mənbələri ilə işləməkdir. O, plüralizm prinsipini qorumaqla, öz şəxsi fikirlərini xəbərə daxil etməməlidir".


Təlimin davamında Niğde Ömer Halisdemir Universitetinin professoru Emre Ünal media nümayəndələri ilə “Təhsil jurnalisti müsahibə və reportajlarda nəyə diqqət etməlidir?”, “Təhsil müəssisələri ilə necə işləmək lazımdır?”, “Təhsil jurnalisti sosial şəbəkələrdə fəaliyyətini necə qurmalıdır?” mövzuları üzrə müzakirələr aparıb.

O qeyd edib ki, təhsil jurnalistləri təhsil sisteminin fəaliyyətini, onun fəlsəfəsi və psixologiyasını, öz sahəsinə aid əsas anlayışları yaxşı bilməlidir.

E. Ünal xüsusən “fake news”-ə diqqət çəkərək vurğuladı ki, gündəmdə saxta xəbərlər işıq sürəti ilə yayılır:


"Rəqəmsallaşan dünyada saxta xəbərin qarşısını almaq imkansız dərəcədədir. Məhz bu baxımdan da jurnalistlər eşitdikləri xəbərləri tirajlamadan qabaq birbaşa rəsmi mənbələrdən dəqiqləşdirməli, əgər rəsmi cavab gec gələrsə, o halda mütləq şəkildə rəsmi mənbədən cavab gözlədiklərini vurğulamalıdırlar.

Bundan əlavə bəzən sosial şəbəkələrdə yayılan azyaşlılarla bağlı, eləcə də ümumi sensasiya yaradacaq xəbərlərdə insanın şəxsi toxunulmazlıq hüququna hörmətlə yanaşmalı, uşaqların ad, soyad, və fotolarınının yayılmasından çəkinməlidirlər".


E.Ünal jurnalistlərin “bəs belə olduğu halda cəmiyyətdəki mənfi halları necə işıqlandıraq?” sualına cavab olaraq bildirdi ki, xəbər yazarkən başlığa diqqət edərək bu məsələnin hüquqi müstəvidə araşdırıldığını qeyd etməyiniz kifayətdir.

"Əgər xəbər ictimaiyyətdə mənfi halların qarşısını alacaqsa, eləcə də məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasında fayda verəcəksə, o halda gizliliyi qorumaqla paylaşmaq olar. Unutmaq olmaz ki, xəbər iki mühim vəzifə daşıyır. Birinci olaraq o, ictimaiyyətə müsbət mesaj ötürməli, daha sonra isə baş vermiş hadisənin əvvəlki vəziyyəti ilə bağlı məlumat verməlidir",- professor qeyd edib.

Təhsildən yazan jurnalistlərin maarifləndirilməsi artıq Türkiyənin təhsil camiəsinin diqqətindədir. Bu təcrübənin başqa ölkələrdə də təşkil olunması nəzərdə tutulur.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Rusiya ordusunda döyüşən azərbaycanlı itkin düşdü – FOTO

Rusiya ordusunda döyüşən azərbaycanlı itkin düşdü – FOTO

ABŞ-dən gözlənilməz PEYVƏND QƏRARI – Azərbaycanda da tətbiq olunacaq?

ABŞ-dən gözlənilməz PEYVƏND QƏRARI – Azərbaycanda da tətbiq olunacaq?

Qazaxda avtomobil hasara çırpıldı: Ölən və xəsarət alan var

Qazaxda avtomobil hasara çırpıldı: Ölən və xəsarət alan var

Bu gün Premyer Liqada "Karvan-Yevlax" - "Neftçi" və "Zirə" - "İmişli" oyunları keçiriləcək

Bu gün Premyer Liqada "Karvan-Yevlax" - "Neftçi" və "Zirə" - "İmişli" oyunları keçiriləcək

O sənədlərdə Maykl Ceksonun da şəkli üzə çıxdı – FOTO

O sənədlərdə Maykl Ceksonun da şəkli üzə çıxdı – FOTO

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILDI

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILDI

“Sevgi fəvvarəsi” pullu OLACAQ

“Sevgi fəvvarəsi” pullu OLACAQ

Şəki sakini Bakıda faciəli şəkildə vəfat etdi – FOTO

Şəki sakini Bakıda faciəli şəkildə vəfat etdi – FOTO

“Media Savadlılığı” Həftəsi - Dezinformasiyaya qarşı cəmiyyətin müdafiə mexanizmi

“Media Savadlılığı” Həftəsi - Dezinformasiyaya qarşı cəmiyyətin müdafiə mexanizmi

GÜNÜN HAVASI: 10 dərəcə şaxta, duman...

GÜNÜN HAVASI: 10 dərəcə şaxta, duman...

BİZİM TƏQVİM:20 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:20 dekabrda baş vermiş tarixi hadisələr

"Təcrübəli məşqçiyəm, belə şeylərə fikir vermirəm" - Kurban Berdıyev

"Təcrübəli məşqçiyəm, belə şeylərə fikir vermirəm" - Kurban Berdıyev

"Röya mənim balaca bacımdır"

"Röya mənim balaca bacımdır"

SOCAR-ın 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verildi

SOCAR-ın 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verildi

4 penalti dəf edən qapıçının qolu SINDI

4 penalti dəf edən qapıçının qolu SINDI

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

Superliqada 17-ci tur START GÖTÜRDÜ

Superliqada 17-ci tur START GÖTÜRDÜ

Bu günün tibbi-meteoroloji PROQNOZU

Bu günün tibbi-meteoroloji PROQNOZU

Muzeydən Napoleonun üzüyü oğurlandı - FOTO

Muzeydən Napoleonun üzüyü oğurlandı - FOTO

Beyləqanda quyuya düşən 2 yaşlı uşağın atası hadisədən DANIŞDI - VİDEO

Beyləqanda quyuya düşən 2 yaşlı uşağın atası hadisədən DANIŞDI - VİDEO

Şəbnəm özünə təmtəraqlı ad günü ETDİ - VİDEO

Şəbnəm özünə təmtəraqlı ad günü ETDİ - VİDEO

İmtiyazlı “qrin-kart” - Tramp “qızıl kart”ı təqdim etdi - VİDEO

İmtiyazlı “qrin-kart” - Tramp “qızıl kart”ı təqdim etdi - VİDEO

Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası oldu - FOTO

Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası oldu - FOTO

End of content

No more pages to load

RADİO