Bu gün 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Bakı Ali Neft Məktəbinin məzunu əcnəbi xanımla ailə həyatı qurub.
Söhbət Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasının məzunu Elvin İsmayılov və eyni ixtisasın III kursunda təhsil alan pakistanlı tələbə Masuma Rizvidən söhbət gedir.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Facebook” hesabında qeyd edib.
Müqəddəs Ramazan ayında baş tutan bu nikah mərasimində rektorla birlikdə Pakistanın ölkəmizdəki səfiri olan Bilal Haye də iştirak edib və cütlüyün nikah mərasiminə şahidlik ediblər.
Elmar Qasımov bu nikahı Azərbaycan və Pakistan qardaşlığının gözəl nümunəsi kimi qiymətləndirib:
“Bu ailə eyni din, eyni adət-ənənələri olan xalqların birlik simvoludur. Bakı Ali Neft Məktəbi isə bu ailəni birləşdirən körpü rolunu oynadı. Tələbələrimiz olan bəylə gəlini ürəkdən təbrik edir, onlara ailə səadəti, xoşbəxtlik, uzun, sağlam, bərəkətli ömür arzu edirəm. Sevgi dolu həyat diləyirəm”, deyə rektor cütlüyə ən xoş arzularını çatdırıb.
Alçina Amilqızı, Bizim.Media