Qərbi Azərbaycan Xronikası: “Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır” adlı analitik süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, verilişdə rəsmi İrəvanın Qərbi Azərbaycanın bir sıra ərazilərini, o cümlədən Çəmbərək, Basarkeçər və Mehri rayonlarının qaytarmaq istəyində olduğu, bu fikirlərin, eləcə də son günlər Ermənistan hakimiyyətinin verdiyi qərarların erməni ictimai rəyində müzakirə yaratdığı bildirilir.

Qeyd olunub ki, Ermənistanda belə müzakirələrin başlanmasına səbəb hakimiyyətin bu bölgələrdə dövlət qurumlarını bağlamaq qərarından qaynaqlanır:

“Məlumatlara görə, Basarkeçərdə, Çəmbərək və Mehridə  pasport-viza şöbəsinin bağlanacağı, ümumiyyətlə, Azərbaycanla sərhəd bölgəsindən dövlət qurumları və digər xidmət idarələrinin çıxarılacağı deyilir. Bu bölgələrdə yaşayan ermənilər bildirirlər ki, hakimiyyət iki səbəbə görə bu addımı ata bilər: ya bu ərazilər Azərbaycana təhvil veriləcək, ya da yeni müharibəyə hazırlıq gedir. Əgər yeni müharibə olarsa, Azərbaycan bu əraziləri asanlıqla nəzarətə götürə bilər. Hətta Paşinyanın bu əraziləri müharibə yolu ilə Azərbaycana qaytarmağa hazırlaşdığını düşünənlər də var”.

Diqqətə çatdırılıb ki, Basarkeçərdəki ermənilər buna görə etiraz akisiyası keçiriblər:

“Baş nazir Nikol Paşinyan isə Basarkeçərdə keçirilən etiraz aksiyasını tənqid edib. O, hökumətin Basarkeçərə milyardlarla vəsait xərclədiyini iddia edib və şikayətlənib ki, insanlar bu layihələrdən danışmaq əvəzinə, ərazilərin təhvil verilməsindən bəhs edirlər. Erməni siyasətçiləri isə Paşinyanın bölgədə yeni müharibənin olacağı barədə xəbərdarlığını ərazilərin təhvil verilməsinə hesablandığını, Qərbi Azərbaycanın müəyyən ərazilərinin, xüsusilə sərhəd bölgəsinin Azərbaycana təhvil verilməsinə hazırlıq olduğunu düşünürlər”.

Sonda vurğulanıb ki, bu iddiaların erməni uydurmaları hesab etmək olar:

“Ermənistan təxribat hücumlarını genişləndirəcəyi təqdirdə, Azərbaycanın cavab addımları ordumuzun tarixi torpaqlarımıza qədər irəliləməsini də şərtləndirə bilər. Lakin hər şey Ermənistanın Azərbaycanın şərtlərinə uyğun sülh gündəliyinə sadiqliyindən asılı olacaq. Sərhədin delimitasiyası və kommunikasiyanın açılması Bakının istəklərinə uyğun həyata keçirilməli, o cümlədən, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı təmin edilməlidir. Azərbaycanın haqlı tələbləri icra edilməsə, ordumuz bu dəfə kazarmaları Göyçə, Zəngəzur, Basarkeçər üçün tərk etməli olacaq”.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güclü küləyin aşırdığı uşaq bağçasının dam örtüyü niyə bərpa edilmir? - AÇIQLAMA/FOTO

Güclü küləyin aşırdığı uşaq bağçasının dam örtüyü niyə bərpa edilmir? - AÇIQLAMA/FOTO

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

End of content

No more pages to load

RADİO