BİZİM TƏQVİM: 17 fevralda baş vermiş tarixi hadisələr

17 fevral 1992-ci ildə Qaradağ qətliamı törədilib. Saat 05:30-da erməni-rus hərbi birləşmələrinin hücumu nəticəsində bir neçə saat ərzində Xocavənd rayonunun 1000 nəfər əhalisi olan və ermənilərin yaşadıqları qonşu Ağkənd, Aşan, Paravatumb, Qağarza, Qarakənd, Gavahın, Dağdağan, Kəndxurd, Kiş, Mirikənd, Mısmına, Müşkabad, Ningi, Harov kəndləri ilə əhatələnən azərbaycanlıların məskunlaşdığı cənnətməkan Qaradağlı kəndi işğal edilir. Bu işğalda 23-cü diviziyanın 366-cı alayının da müstəsna xidmətləri olub. Beləliklə bu gün tarixə “Qaradağlı faciəsi” kimi düşür.

Bəs, 17 fevralda daha hansı hadisələr baş verib?

1. Amerikada vətəndaş müharibəsi dövründə, 1864-cü ilin bu günü Atlantik okeanı sahillərindəki Çarlston şəhəri yaxınlığında dəniz müharibələri tarixində ilk dəfə olaraq sualtı qayıq vasitəsilə adi gəminin batırılması hadisəsi baş verib.

2. 1863-cü ilin bu günündə Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilib. Bəs, 160 yaşlı Beynəlxalq Qırmızı Xaç Komitəsi bu günə qədər nə işə yarayıb? Mövzumuz olacaq.

3. 1894-cü ilin 17 fevralında alman alimi və ixtiraçısı Rudolf Dizelin yanacaq mühərrikinin ilk uğurlu sınağı keçirilib.

4. 17 fevral 1908-ci ildə Tehran şəhərində “Erməni Milli Şurası” fəaliyyətə başlayıb.

5. 17 fevral 1916-cı ildə ermənilər Urmiyada, Xoy şəhərində və digər ərazilərdə müsəlman əhalini qırır, evlərini talayır, onların mal və namusuna təcavüz edirlər. Bazarlarda və küçələrdə quduzlaşmış quldurlar müsəlmanları təhqir edir, onları soyaraq pullarını əllərindən alır, hətta nümayişkəranə şəkildə öldürməkdən də çəkinmirdilər. Boğaza yığılan mülki vətəndaşlar üsyan etmək istəsələr də, şəhər hakimi İclalülmülk üsyanın qarşısını almağa çalışır.

6. 17 fevral 1918-ci ildə Andranikin başçılıq etdiyi erməni yaraqlıları Türkiyənin Təpəköy kəndində yaşına və cinsinə baxmadan bütün dinc əhalini qətlə yetirirlər. 

7. 17 fevral 1918-ci ildə erməni zabitləri – polkovnik Pirumov və komissar Dronun başçılığı ilə silahlanmış hərbi dəstələr İrəvan quberniyasının azərbaycanlılar yaşayan kəndlərinə basqınlar edirlər. Bir neçə kənd dağıdılır, yüzlərlə günahsız müsəlman qətlə yetirilir.

8. Türkiyədə 1926-cı ilin 17 fevralında Türk Mədəni Qanunu qəbul edilib. Osmanlı dövründə qüvvədə olan, İslam hüquq qaydalarını ehtiva edən "Məcəllə"nin yerinə hazırlanan Türk Mədəni Qanunu uzun araşdırmalar nəticəsində İsveçrə Mədəni Qanunu əsasında yaradılıb. Beləliklə, yeni qurulmuş Türkiyə Respublikasında qəbul edilən bu Mədəni Qanunla rəsmi nikah və tək arvadlılıq məcburi hala gətirildi, mirasla bağlı maddələr işlənildi, patriarxlıq və konsulluqların mühakimə səlahiyyəti başa çatdı, ölkədə hüquq bərabərliyi və s. təmin olundu.

9. 1959-cu ilin 17 fevralında Türkiyə Cümhuriyyətinin Baş naziri Adnan Menderes və nümayəndə heyəti Kıbrıs danışıqları üçün Londona gedərkən təyyarə Qatvik aeroportu yaxınlığında qəzaya uğrayır. Dumanla bağlı pilot məcburi eniş etmək istəsə də, buna imkan tapmadan meşəlik sahəyə düşür. Qəzadan Baş nazir Adnan Menderes xilas olsa da aralarında Türkiyənin Anadolu rəsmi xəbər agentliyinin Baş direktoru Şerif Arzıkın da olduğu 14 nəfər dünyasını dəyişir.

10. 1979-cu ilin 17 fevralında 27 gün davam edən və 100 mindən artıq insanın ölümü ilə nəticələnən Çin-Vyetnam müharibəsi başlayıb.

11. 17 fevral 1988-ci ildə Qərbi Azərbaycan ərazilərindəki tarixi dədə-baba yurdlarından didərgin salınan azərbaycan əhalinin növbəti dəstəsi – Qafan rayonundan deportasiya edilən 4 000 nəfər soydaşımız Azərbaycana pənah gətirir. Ermənistan SSR rəhbərliyinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti artıq tam gücü ilə şə düşür. 

12. 17 fevral 1990-cı ildə Naxçıvanın Günnüt kəndi (Şərur rayonu) erməni yaraqlıları tərəfindən dağıdılır, işğal olunur.

17 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Roma İnkvizisiya Məhkəməsinin hökmü ilə 1600-cü ilin bu günü böyük İtaliya mütəfəkkiri Cordano Bruno tonqalda yandırılıb.

2. Görkəmli qəzəlxan Əliağa Vahid 1895-ci ilin 17 fevralında dünyaya göz açıb.

3. Yəhudi mənşəli Misirli müğənni və aktrisa Leyla Murad 1918-ci ilin 17 fevralında dünyaya gəlib. O, islam dinini qəbul edən nadir yəhudilərdən biridir.

4. 17 fevral Azərbaycan şairəsi Mədinə Gülgünün xatirə günüdür. O 1991-ci ilin məhz bu günündə dünyasını dəyişib.

5. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü Oqtay Şamil 1944-cü ilin 17 fevralında anadan olub.

6. Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Ramiz Qasımov USTA dərəcəli pilot, şəhid, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımov 17 fevral 1975-ci ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güclü küləyin aşırdığı uşaq bağçasının dam örtüyü niyə bərpa edilmir? - AÇIQLAMA/FOTO

Güclü küləyin aşırdığı uşaq bağçasının dam örtüyü niyə bərpa edilmir? - AÇIQLAMA/FOTO

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

End of content

No more pages to load

RADİO