Mədəniyyət naziri Erkan Özoralla görüşdü 

Bu gün mədəniyyət naziri Anar Kərimov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. 

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə,  A.Kərimov, iki qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından söz açaraq, Erkan Özoralın diplomat kimi bu prosesdə fəaliyyətini xüsusi vurğulayıb. 

Tarixi zəfərlə nəticələnən Vətən müharibəsində Türkiyənin ölkəmizlə həmrəyliyini diqqətə çatdıran nazir Azərbaycanın haqq işinə Türkiyə dövlətinin və xalqının hərtərəfli dəstəyinə görə minnətdarlığını ifadə edib. 
 

MÖVZU İLƏ BAĞLI:

''Türk səfirləri içində ən gözəl anlara şahidlik edən mən oldum'' - Erkan Özoral


Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin bu yaxınlarda qardaş ölkəyə səfərini xatırladan A. Kərimov Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və müxtəlif sahələr üzrə təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıb.

Qeyd edib ki, Vətən müharibəsində əldə edilən Qələbənin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliğində Türkiyə ilə işbirliyi böyük əhəmiyyət kəsb edir. 

Səmimi qəbula görə təşəkkürünü bildirən E. Özoral diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə, o cümlədən mədəniyyət sahəsində uğurlu inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycan üçün çox önəmli bir dövrdə burada səfir qismində çalışdığını, ölkəmizin tarixi Zəfərinə şahidlik etdiyini deyib. 
 

Azərbaycanın apardığı mübarizəyə Türkiyənin ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək verdiyini, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu bildirən diplomat bunu ölkələrimiz arasındakı sarsılmaz münasibətlərin təzahürü kimi qiymətləndirib. 


E. Özoral bundan sonrakı fəaliyyətində də qardaş xalqlarımız arasında əlaqələrin inkişafında fəal iştirak edəcəyini qeyd edib. 

Sonda nazir Azərbaycanda səfir kimi səlahiyyət müddəti başa çatan E. Özorala gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

18 yaşına çatmayan məhkumlarla bağlı ŞAD XƏBƏR

18 yaşına çatmayan məhkumlarla bağlı ŞAD XƏBƏR

Boy fərqi diqqət çəkdi: Meloni ilə Şapunun FOTOLARI sosial şəbəkələri “partlatdı”

Boy fərqi diqqət çəkdi: Meloni ilə Şapunun FOTOLARI sosial şəbəkələri “partlatdı”

Bu şəxslərin cəzası 6 ay AZALDILACAQ

Bu şəxslərin cəzası 6 ay AZALDILACAQ

Ağır və xüsusilə ağır cinayət törətməyən bütün qadınlar AZADLIĞA BURAXILACAQ

Ağır və xüsusilə ağır cinayət törətməyən bütün qadınlar AZADLIĞA BURAXILACAQ

Bakıda müştərinin “İphone-17”si OĞURLANDI

Bakıda müştərinin “İphone-17”si OĞURLANDI

S-400 böhranı YENİDƏN GÜNDƏMDƏ – Qərbin Rusiya-Türkiyə münasibətlərini pozmaq planının PƏRDƏARXASI

S-400 böhranı YENİDƏN GÜNDƏMDƏ – Qərbin Rusiya-Türkiyə münasibətlərini pozmaq planının PƏRDƏARXASI

Amnistiyaya bu məhkumlar düşəcək– KATEQORİYALAR

Amnistiyaya bu məhkumlar düşəcək– KATEQORİYALAR

Bakıda illərdir istifadəsiz qalan avtobuslar – VİDEO

Bakıda illərdir istifadəsiz qalan avtobuslar – VİDEO

Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə GÖRÜŞDÜ

Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə GÖRÜŞDÜ

IDEA Sabirabad və Cəlilabadda kütləvi ağacəkmə aksiyaları təşkil etdi – FOTO

IDEA Sabirabad və Cəlilabadda kütləvi ağacəkmə aksiyaları təşkil etdi – FOTO

Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair YENİ NORMA

Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair YENİ NORMA

İl yarım öncə anasını itirən üç körpə bu gün də ATASIZ qaldı – Dəhşətli HƏYAT HEKAYƏSİ

İl yarım öncə anasını itirən üç körpə bu gün də ATASIZ qaldı – Dəhşətli HƏYAT HEKAYƏSİ

SON DƏQİQƏ! Cəmil Həsənli yenidən DTX-yə çağırıldı

SON DƏQİQƏ! Cəmil Həsənli yenidən DTX-yə çağırıldı

Rusiyada yeniyetmənin öldürdüyü məktəbli milliyyətcə tacik olub – FOTO

Rusiyada yeniyetmənin öldürdüyü məktəbli milliyyətcə tacik olub – FOTO

Bakıda evdən 12 min manatlıq OĞURLUQ

Bakıda evdən 12 min manatlıq OĞURLUQ

İşçilərdən bu sənədlər tələb olunmayacaq

İşçilərdən bu sənədlər tələb olunmayacaq

Təzəbinə və Seyidbəyli kəndlərinə NÖVBƏTİ KÖÇ - FOTO

Təzəbinə və Seyidbəyli kəndlərinə NÖVBƏTİ KÖÇ - FOTO

Müəllimlər tədris dövründə də məzuniyyətə ÇIXA BİLƏCƏKLƏR

Müəllimlər tədris dövründə də məzuniyyətə ÇIXA BİLƏCƏKLƏR

Bu işçilərə ən azı 46 gün məzuniyyət veriləcək – SİYAHI

Bu işçilərə ən azı 46 gün məzuniyyət veriləcək – SİYAHI

Amnistiyanın Əjdər Ol və Rəşad Dağlıya da şamil olunacağı ilə bağlı AÇIQLAMA

Amnistiyanın Əjdər Ol və Rəşad Dağlıya da şamil olunacağı ilə bağlı AÇIQLAMA

Komitə sədri: “Heç bir ata bu hüquqdan istifadə etmir”

Komitə sədri: “Heç bir ata bu hüquqdan istifadə etmir”

SABAHIN HAVASI: Rayonlara qar yağacaq

SABAHIN HAVASI: Rayonlara qar yağacaq

İran mollasından qadınlara şok sözlər: “Kaş içki içərdiniz, amma hicablı olaydınız” – VİDEO

İran mollasından qadınlara şok sözlər: “Kaş içki içərdiniz, amma hicablı olaydınız” – VİDEO

“WhatsApp”da YENİ FUNKSİYALAR

“WhatsApp”da YENİ FUNKSİYALAR

End of content

No more pages to load

RADİO