Bakının Nərimanov rayonunda yeniyetmə oğlan intihar edib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, o özünü Fətəli Xan Xoyski 112 ünvanında, "Yaşam" Tibb Mərkəzinin binasının damından atıb.
Nəticədə yeniyetmə hadisə yerində ölüb. Oğlanın 16 yaşında olduğu bildirilir. Hadisə yerindən içində dəftər və kitablar olan çantası tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media