ADPU-da Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Mayın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İbtidai təhsil fakültəsinin magistrantlarının xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfransı keçirilib.

Mensur

Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu günlər respublikamızda xalqımızın böyük oğlu Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunan müxtəlif tədbirlər keçirilir. ADPU-da da bu münasibətlə tədbirlər keçirilir və bu tədbirlərin davamlı olması nəzərdə tutulur. Qeyd edib ki, ölkəmiz dəyişir, yeniləşir, müasirləşir və milli təhsil sistemimiz də buna uyğun olaraq yenilənir. ADPU-da keçirilən bugünkü konfrans da bu yeniliyin bir nümunəsidir. Elmə gedən böyük yolun məhz belə konfranslardan başladığını deyən rektor konfransın işinə uğurlar arzulayıb.

Mensur

Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev xalqımızın öz milli varlığını təsdiq etməsində, müstəqil dövlətimizin qurulmasında və güclənməsində, ölkəmizin dünya miqyasında tanınmasında böyük xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev həmişə elm və təhsilə xüsusi diqqət və qayğı göstərib. Belə konfranslar universitetimizdə intellektual potensialın güclənməsinə səmərəli təsir göstərir.

MensurMensur

İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdiyev, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva çıxış edərək konfransın keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər. Onlar belə konfransların gənclərin elmi fəaliyyətə cəlb edilmələrinə müsbət təsir göstərdiyini vurğulayaraq konfransın işinə uğurlar arzulayıblar.

Mensur

Konfransın plenar iclasında 5 məruzə dinlənilib. Plenar iclasa yekun vuran rektor Cəfər Cəfərov professor-müəllim heyətinə, elmi rəhbərlərə magistrantlarla daha çox işləməyi və onların elmi-tədqiqat işlərinə tələbkarlıqla yanaşmağı tövsiyə edib.

Mensur

Plenar iclasdan sonra konfrans işini 3 bölmədə: İbtidai təhsilin pedaqogikası və metodikası, Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası, Azərbaycan dili və onun tədrisi metodikası bölmələrində davam etdirib. Konfransda ümumilikdə 94 məruzə dinlənilib. Məruzələrdə ibtidai təhsilin pedaqogikası və metodikası, Azərbaycan təhsilində kurikulum islahatı, ibtidai sinif müəlliminə verilən innovativ-pedaqoji tələblər, fəal-interaktiv dərsin mərhələləri, yeni pedaqoji texnologiyalara didaktik yanaşma, monitorinq və qiymətləndirmə anlayışının mahiyyəti və məzmunu, ibtidai məktəbin təlim prosesində inteqrasiyanın əhəmiyyəti, müəllim fəaliyyətinin diaqnostikası, təlim prosesində pedaqoji diaqnostikanın metodlarından istifadə imkanları və təhsilalanların diaqnostikası, təhsil prosesində informasiya-kommunikasiya texnologiyaları, şagird nailiyyətlərinin qiymətləndirilməsinin təlim-tərbiyə prosesində yeri, pedaqoji diaqnostikanın məqsəd və vəzifələri, keyfiyyətə nəzarətdə qiymətləndirmənin rolu, tələbələrin yaradıcılığında innovasiyaların rolu, müasir təhsildə milli-mənəvi dəyərlərin saxlanılması, qloballaşma şəraitində milli-mədəni ənənələr, tolerant düşüncə və digər vacib məqamlar əhatə olunub. Qeyd edək ki, konfransa təqdim edilən məqalələr və məruzələr “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş ADPU-nun İbtidai təhsil fakültəsinin magistrantlarının elmi-praktik konfransının materialları”x9d adı ilə kitab şəklində çap edilib.

Mensur

Konfransın yekun iclasında bölmə sədrlərinin hesabatları dinlənilib, ən yaxşı məruzələrin müəllifləri I, II və III dərəcəli diplomlarla təltif ediliblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

21 yaşlı Ümidi qətlə yetirən şəxs SAXLANILDI

21 yaşlı Ümidi qətlə yetirən şəxs SAXLANILDI

Azərbaycanlıların ən çox istifadə etdiyi brauzer hansıdır?

Azərbaycanlıların ən çox istifadə etdiyi brauzer hansıdır?

Əhaliyə XƏBƏRDARLIQ – Bu gündən başlayır, üç gün davam edəcək...

Əhaliyə XƏBƏRDARLIQ – Bu gündən başlayır, üç gün davam edəcək...

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxdı - VİDEO

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxdı - VİDEO

Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?

Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

“Çətir universitet” modeli TAU-nun ilk iki ili: Ən yeni ixtisaslar artıq Azərbaycanda – MÜSAHİBƏ

“Çətir universitet” modeli TAU-nun ilk iki ili: Ən yeni ixtisaslar artıq Azərbaycanda – MÜSAHİBƏ

Bu rayonda 3 saat işıq olmayacaq

Bu rayonda 3 saat işıq olmayacaq

Göyçayda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ – ANBAAN VİDEO

Göyçayda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ – ANBAAN VİDEO

Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verəcək - BU TARİXDƏ

Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verəcək - BU TARİXDƏ

Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqdə GÖNDƏRDİ

Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqdə GÖNDƏRDİ

Zakir Həsənov Moskvada - FOTO

Zakir Həsənov Moskvada - FOTO

İran ABŞ aviadaşıyıcısına zərbələr endirdi - Video

İran ABŞ aviadaşıyıcısına zərbələr endirdi - Video

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ

Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ

KİV: İranın hələ də minlərlə dron və raketi var

KİV: İranın hələ də minlərlə dron və raketi var

Avro ucuzlaşdı, rubl bahalaşdı – Dollar isə...

Avro ucuzlaşdı, rubl bahalaşdı – Dollar isə...

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Kərəc körpüsü yenidən vuruldu – VİDEO

Kərəc körpüsü yenidən vuruldu – VİDEO

Taksi sürücülərinin DİQQƏTİNƏ – Sığorta haqqı belə hesablanacaq

Taksi sürücülərinin DİQQƏTİNƏ – Sığorta haqqı belə hesablanacaq

SON DƏQİQƏ! İran ABŞ-ın daha bir “F-35” qırıcısını vurdu – FOTO

SON DƏQİQƏ! İran ABŞ-ın daha bir “F-35” qırıcısını vurdu – FOTO

Uğurlu dövrə qədəm qoyan bürclər - Pul gələcək

Uğurlu dövrə qədəm qoyan bürclər - Pul gələcək

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı – FOTO

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı – FOTO

Dünyanın ən çirkli paytaxtları açıqlandı: Bakı görün neçənci sıradadır

Dünyanın ən çirkli paytaxtları açıqlandı: Bakı görün neçənci sıradadır

End of content

No more pages to load

RADİO