“Şuşa əməliyyatı ayrıca bir dastandır" - İlham Əliyev

Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü. Şuşa əməliyyatı ayrıca bir dastandır, o haqda hələ çox danışılacaq. Ancaq Şuşaya gedən hər bir adam o sıldırım qayaları görərkən təsəvvür edə bilmir ki, o alınmaz qala necə alındı.

Ancaq peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına biz Şuşanı azad etdik və düşmən diz çökdü, qabağımızda başını əydi, ağ bayraq qaldırdı, öz məğlubiyyətini etiraf etdi, noyabrın 10-da kapitulyasiya aktına imza atdı və biz bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonlarının işğal altında olan hissəsini də geri aldıq. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışından sonra hərbi qulluqçularla görüşündə Şuşa əməliyyatının əhəmiyyətindən danışarkən bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Ermənistanda bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədir” - Prezident


“kinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq.

Onların törətdikləri vəhşilikləri görəndə adam dəhşətə gəlir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb

 Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bu, vəhşi deyil, nədir?”,- deyə Prezident deyib. 
 

Dövlət başçısı  qeyd edib ki, indi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. “Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq.


Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz.

Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək.

Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qonşu ölkələrdə yeni virus YAYILIR – Azərbaycanda da qeydə alınıb? – RƏSMİ AÇIQLAMA

Qonşu ölkələrdə yeni virus YAYILIR – Azərbaycanda da qeydə alınıb? – RƏSMİ AÇIQLAMA

İlham Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanladı

Ermənistanda hərbi hissəyə hücumla bağlı RƏSMİ AÇIQLAMA

Ermənistanda hərbi hissəyə hücumla bağlı RƏSMİ AÇIQLAMA

DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi – VİDEO

DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi – VİDEO

AHİK-in VIII qurultayı keçirilir

AHİK-in VIII qurultayı keçirilir

Zaqatalada həyətdən meyit tapıldı

Zaqatalada həyətdən meyit tapıldı

Renat Dadaşov Polşa klubundan AYRILIR

Renat Dadaşov Polşa klubundan AYRILIR

Bakıda kirayə yaşadığı evdə otaq yoldaşını bıçaqladı

Bakıda kirayə yaşadığı evdə otaq yoldaşını bıçaqladı

Yardımlıda əməliyyat: Mütəşəkkil dəstənin iranlı üzvləri TUTULDU – FOTO/VİDEO

Yardımlıda əməliyyat: Mütəşəkkil dəstənin iranlı üzvləri TUTULDU – FOTO/VİDEO

Bu ərazilərə qar yağıb, 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb, 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Süni intellekt üzərindən FAŞİZM TƏBLİĞATI – Milyardlarla insanın ölümü ilə bağlı QORXUNC SSENARİ

Süni intellekt üzərindən FAŞİZM TƏBLİĞATI – Milyardlarla insanın ölümü ilə bağlı QORXUNC SSENARİ

“Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” – VİDEO

“Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” – VİDEO

Xameneinin müşavirindən sərsəm AÇIQLAMA: “Tehran Zəngəzur dəhlizinə qarşıdır”

Xameneinin müşavirindən sərsəm AÇIQLAMA: “Tehran Zəngəzur dəhlizinə qarşıdır”

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Daha bir təyyarə qəzası - Ölənlər var - VİDEO

Daha bir təyyarə qəzası - Ölənlər var - VİDEO

Azərbaycan XİN Qazaxıstanı TƏBRİK ETDİ - FOTO

Azərbaycan XİN Qazaxıstanı TƏBRİK ETDİ - FOTO

İranda avtobus aşdı - 13 ölü, 11 yaralı var - FOTO

İranda avtobus aşdı - 13 ölü, 11 yaralı var - FOTO

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub – TƏFƏRRÜAT

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub – TƏFƏRRÜAT

Yol Polisindən dağlıq yollarda hərəkət edən sürücülərə MÜRACİƏT

Yol Polisindən dağlıq yollarda hərəkət edən sürücülərə MÜRACİƏT

Ceyhun Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Ceyhun Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Zelenski: “Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”

Zelenski: “Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”

Bakıda FACİƏ: Kişi 10-cu mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: Kişi 10-cu mərtəbədən yıxılıb öldü

SON DƏQİQƏ! Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı AXTARIŞA VERİLDİ

SON DƏQİQƏ! Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı AXTARIŞA VERİLDİ

Tovuzda maşın aşdı - Sürücü öldü

Tovuzda maşın aşdı - Sürücü öldü

End of content

No more pages to load

RADİO