Şəhid olsam kəndin girəcəyində adıma bir bulaq düzəldərsiz – Şəhidin son arzusu

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Rüfət Məmmədlinin son arzusu yerinə yetirilib.

Bizim.Media xəbər verir ki, şəhidin doğulub boya-başa çatdığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində xatirəsi əbədiləşdirilib.

Belə ki, bu gün Rüfət Məmmədlinin istəyi ilə qəsəbə sakinləri tərəfindən inşa edilən “Şəhidlər bulağı” istifadəyə verilib.

Tədbirdə rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, qəsəbə sakinləri və rayon ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edənlər Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın, gizir Rüfət Məmmədlinin şücaəti və keçdiyi döyüş yolundan danışıblar.

Daha sonra şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib.
Qeyd edək ki, 89 ermənini məhv edən Rüfət Məmmədli yaralı olan zaman xalası oğluna mesaj yazaraq son arzusunu çatdırmışdı. O, “şəhid olsam kəndin girəcəyində adıma bir bulaq düzəldərsiz, amma suyu daim gəlsin” qeyd etmişdi.
 

Xatırladaq ki, Məmmədli Rüfət Vidadi oğlu 1993-cü il noyabrın 23-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyaya gəlib. 2012-2013-cü illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olub. Kəşfiyyatçı snayper olan Rüfət Məmmədli 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyun ayında Tovuz döyüşlərində də iştirak edib.


Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayan zaman isə o, könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə yazılıb. Qorxmaz və igid döyüşçü olan Məmmədli bir neçə rayonumuzun işğaldan azad olunması uğurunda gedən döyüşlərdə qəhrəmalıqlar göstərib.

Şuşanın azadlığı uğurunda gedən döyüşdə - noyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Noyabrın 12-də Saloğlu qəsəbə qəbiristanlığında dəfn olunub.

Rüfət Məmmədlinin 2 azyaşlı övladı var.

Döyüş yoldaşları tərəfindən igidliyinə, qəhrəmanlığına görə Rüfətə “Əjdaha” ləqəbi verilib.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, Rüfət Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellekt xərçəng müalicəsini FƏRDİLƏŞDİRİR

Süni intellekt xərçəng müalicəsini FƏRDİLƏŞDİRİR

“Bütün qızlar evli-eşikli oğlana ərə getmək istəyirlər” - VİDEO

“Bütün qızlar evli-eşikli oğlana ərə getmək istəyirlər” - VİDEO

Qəlbi "pambıq" olan bürclər: Qarışqaya belə zərər verməzlər

Qəlbi "pambıq" olan bürclər: Qarışqaya belə zərər verməzlər

İlin rəmzi komandasında hansı futbolçular var?

İlin rəmzi komandasında hansı futbolçular var?

Britaniya Ukraynaya PUA tədarükü üçün 700 milyon avro AYIRACAQ

Britaniya Ukraynaya PUA tədarükü üçün 700 milyon avro AYIRACAQ

İş elanlarında namizədə çəki, boy və bədən ölçüsünün tələbi düzgündür? - VİDEO

İş elanlarında namizədə çəki, boy və bədən ölçüsünün tələbi düzgündür? - VİDEO

İnsanların yaşlandıqca daha tez oyanmasının səbəbi bilindi - ARAŞDIRMA

İnsanların yaşlandıqca daha tez oyanmasının səbəbi bilindi - ARAŞDIRMA

Dünyada ilin ƏN YAXŞI qadın futbolçusu o oldu

Dünyada ilin ƏN YAXŞI qadın futbolçusu o oldu

Rəqsanə ayrıldığını AÇIQLADI: “Fazillə hər şey bitib” - VİDEO

Rəqsanə ayrıldığını AÇIQLADI: “Fazillə hər şey bitib” - VİDEO

Şəkidə qonşu qadınlar arasında DAVA: İş məhkəmədə yekunlaşdı

Şəkidə qonşu qadınlar arasında DAVA: İş məhkəmədə yekunlaşdı

Tehranda bina çökdü, dağıntılar altında qalanlar var

Tehranda bina çökdü, dağıntılar altında qalanlar var

Leyla Əliyeva əkizləri ilə - FOTO

Leyla Əliyeva əkizləri ilə - FOTO

Putinin Türkiyəyə səfəri GÖZLƏNİLİR

Putinin Türkiyəyə səfəri GÖZLƏNİLİR

Murad Dadaşovun fiziki məhdudiyyətli işçisi ilə rəqsi diqqət çəkdi - VİDEO

Murad Dadaşovun fiziki məhdudiyyətli işçisi ilə rəqsi diqqət çəkdi - VİDEO

Balakəndəki qəzada xəsarət alanlardan daha biri öldü

Balakəndəki qəzada xəsarət alanlardan daha biri öldü

Brendon Rocers ərəb klubunun baş məşqçisi TƏYİN OLUNDU - FOTO

Brendon Rocers ərəb klubunun baş məşqçisi TƏYİN OLUNDU - FOTO

ABŞ Britaniya ilə 41,6 milyard dollarlıq sazişi LƏĞV ETDİ

ABŞ Britaniya ilə 41,6 milyard dollarlıq sazişi LƏĞV ETDİ

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edildi - FOTO/VİDEO

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edildi - FOTO/VİDEO

İranlı hakerlər İsrailin HHM sistemlərinin məlumatlarına görə mükafat VƏD EDİBLƏR

İranlı hakerlər İsrailin HHM sistemlərinin məlumatlarına görə mükafat VƏD EDİBLƏR

Günayın narkotik istifadəçisi olduğunu İDDİA ETDİ - FOTO

Günayın narkotik istifadəçisi olduğunu İDDİA ETDİ - FOTO

“Putin heç vaxt öz insanlarının həyatını hesaba qatmayıb” - Zelenski

“Putin heç vaxt öz insanlarının həyatını hesaba qatmayıb” - Zelenski

İkinci Liqa: Liderdən böyükhesablı qələbə

İkinci Liqa: Liderdən böyükhesablı qələbə

Kürdəmirdə 5 gün əvvəl əməliyyat olunan 22 yaşlı qadın vəfat etdi - FOTO

Kürdəmirdə 5 gün əvvəl əməliyyat olunan 22 yaşlı qadın vəfat etdi - FOTO

Səhnəyə qayıdan Rəqsanə hönkür-hönkür AĞLADI - VİDEO

Səhnəyə qayıdan Rəqsanə hönkür-hönkür AĞLADI - VİDEO

End of content

No more pages to load

RADİO