Qubada axundla intim videosu yayılan qadın niyə hakim önünə çıxarılır? - ŞOK TƏFƏRRÜAT - FOTO

Bir müddət əvvəl Qubanın axundu ilə intim görüntüləri yayılan qadın ağır cinayətdə ittiham edilərək hakim qarşısına çıxarılır. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Bizim.Media "müsavat"-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi olmuş Elnur Əfəndiyevlə görüntüləri yayılmış Z.Q (ad və soy ad şərtidir) hakim önünə çıxarılır.

Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu və şantajla külli miqdarda pul tələb etmə) maddəsi ilə cinayət işi açılıb.

İş üzrə daha bir nəfər- İftixar Ağayev də məsuliyyətə cəlb edilib. Onun barəsində də polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Z.Q və İftixar Ağayev birlikdə Elnur Əfəndiyevi videogörüntülərlə şantaj edərək 75 min manat tələb etməkdə suçlanırlar.
 

Xatırladaq ki, bir müddət əvvəl bəzi sosial şəbəkələrdə axund Elnur Əfəndiyevin bir qadınla intim münasibətlərini əks etdirən görüntülər yayılmışdı. Bundan sonra Elnur Əfəndiyev vəzifəsindən kənarlaşdırılıb.


O zaman hadisənin təfərrüatı barədə ətraflı məlumatlar üzə çıxmadı. Amma hadisədən aylar sonra baş verənlərin olduqca ilginc təfərrüatları məlum olub.

Z.Q uzun müddət axundun tələbəsi olub və ondan dini dərslər alıb. Onlar arasındakı münasibətlər bu zaman yaranıb.

Z.Q ifadəsində deyib ki, əfəndi olaraq qəbul etdikləri, hər sözünə güvəndikləri Elnur Əfəndiyevin dediklərinin təsiri altına düşüb. Ailəli olduqları müddətdə belə onunla münasibəti olub.

Elnur Əfəndiyev qadını inandırıb ki, əgər onunla münasibətdə olmasa başına böyük fəlakətlər gələcək.

İttihamda göstərilir ki, Z.Q aralarında olan bu münasibətdən sonra evinə gizli kamera quraşdırıb və Elnur Əfəndiyevi şantaj edərək, ondan ev alması üçün pul tələb edib.

Z.Q isə ittihamla razılaşmır və deyir ki, E.Əfəndiyev ev almaq məsələsini özü vəd edibmiş.
 

Bu işdə adı keçən İftixar Ağayev isə Z.Q-ya kameranın quraşdırılması ilə bağlı kömək edib. Amma o da şantaj və hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilir. İ.Ağayev özünü təqsirli bilmir.


Hazırda məhkəmə araşdırması davam edir.

Qeyd edək ki, işin olduqca maraqlı təfərrüatları var. E.Əfəndiyevin Z.Q-ya verdiyi vədlər, Z.Q ailə həyatı qurduqdan sonra axundla davam edən münasibəti, bir neçə şəxsin dini lider sayılan, "ustad, "əfəndi" kimi qəbul edilən E.Əfəndiyevin iç üzünü açmaq üçün qurduqları plan barədə növbəti yazıda daha geniş məlumat verəcəyik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mağazanın soyuducusunda qadın meyiti tapıldı

Mağazanın soyuducusunda qadın meyiti tapıldı

Braziliya klubu “Qarabağ”ın legioneri üçün TƏKLİF GÖNDƏRƏCƏK

Braziliya klubu “Qarabağ”ın legioneri üçün TƏKLİF GÖNDƏRƏCƏK

Qonşu ölkələrdə yeni virus YAYILIR – Azərbaycanda da qeydə alınıb? – RƏSMİ AÇIQLAMA

Qonşu ölkələrdə yeni virus YAYILIR – Azərbaycanda da qeydə alınıb? – RƏSMİ AÇIQLAMA

İlham Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanladı

Ermənistanda hərbi hissəyə hücumla bağlı RƏSMİ AÇIQLAMA

Ermənistanda hərbi hissəyə hücumla bağlı RƏSMİ AÇIQLAMA

DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi – VİDEO

DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi – VİDEO

AHİK-in VIII qurultayı keçirilir

AHİK-in VIII qurultayı keçirilir

Zaqatalada həyətdən meyit tapıldı

Zaqatalada həyətdən meyit tapıldı

Renat Dadaşov Polşa klubundan AYRILIR

Renat Dadaşov Polşa klubundan AYRILIR

Bakıda kirayə yaşadığı evdə otaq yoldaşını bıçaqladı

Bakıda kirayə yaşadığı evdə otaq yoldaşını bıçaqladı

Yardımlıda əməliyyat: Mütəşəkkil dəstənin iranlı üzvləri TUTULDU – FOTO/VİDEO

Yardımlıda əməliyyat: Mütəşəkkil dəstənin iranlı üzvləri TUTULDU – FOTO/VİDEO

Bu ərazilərə qar yağıb, 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb, 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Süni intellekt üzərindən FAŞİZM TƏBLİĞATI – Milyardlarla insanın ölümü ilə bağlı QORXUNC SSENARİ

Süni intellekt üzərindən FAŞİZM TƏBLİĞATI – Milyardlarla insanın ölümü ilə bağlı QORXUNC SSENARİ

“Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” – VİDEO

“Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” – VİDEO

Xameneinin müşavirindən sərsəm AÇIQLAMA: “Tehran Zəngəzur dəhlizinə qarşıdır”

Xameneinin müşavirindən sərsəm AÇIQLAMA: “Tehran Zəngəzur dəhlizinə qarşıdır”

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Daha bir təyyarə qəzası - Ölənlər var - VİDEO

Daha bir təyyarə qəzası - Ölənlər var - VİDEO

Azərbaycan XİN Qazaxıstanı TƏBRİK ETDİ - FOTO

Azərbaycan XİN Qazaxıstanı TƏBRİK ETDİ - FOTO

İranda avtobus aşdı - 13 ölü, 11 yaralı var - FOTO

İranda avtobus aşdı - 13 ölü, 11 yaralı var - FOTO

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub – TƏFƏRRÜAT

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub – TƏFƏRRÜAT

Yol Polisindən dağlıq yollarda hərəkət edən sürücülərə MÜRACİƏT

Yol Polisindən dağlıq yollarda hərəkət edən sürücülərə MÜRACİƏT

Ceyhun Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Ceyhun Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Zelenski: “Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”

Zelenski: “Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”

Bakıda FACİƏ: Kişi 10-cu mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: Kişi 10-cu mərtəbədən yıxılıb öldü

End of content

No more pages to load

RADİO