Pirallahı, Zirə, Türkan və Qala sakinlərinə şad xəbər - Evinizə daha rahat gedəcəksiniz

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətini artırır. Köhnə, istismar müddətini başa vuran avtobuslar müasir, rahat və iritutumlu nəqliyyat vasitələri ilə əvəz edilir.

Bu barədə Bizim.Media-ya qurumdan bildirilib.

Məlumata görə, bu çərçivədə ümumilikdə 48 minə yaxın əhalinin yaşadığı Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrində sərnişindaşımaların keyfiyyəti yaxşılaşdırılır.

Qeyd olunan qəsəbələrin sakinlərindən nəqliyyat xidmətlərinin keyfiyyətinin aşağı, avtobusların köhnə və istismara yararsız olması barədə mütəmadi olaraq Agentliyə şikayətlər daxil olurdu. “3 № Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin müvəqqəti istismarındakı bu xətlər üzrə avtobuslara zəruri texniki qulluğun göstərilməməsi, xüsusən qış aylarında çətinliklər yaradırdı.

Bu isə sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Nəticədə metronun “Koroğlu” stansiyasından Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrinə gedən sərnişinlər qanunsuz sərnişindaşıma xidmətlərindən istifadə edirlər. Bu isə öz növbəsində sərnişinlərin daha artıq vəsait ödəməsilə yanaşı, həm də təhlükəsizlik baxımından narahatlıq doğurur.

Bütün bunları nəzərə alaraq Pirallahı, Zirə, Türkan və Qala qəsəbələri Koroğlu NMM-i istiqamətində sərnişindaşımalarının təşkilində dəyişiklik edilib.

Dəyişikliyə əsasən Qala qəsəbəsində mübadilə məntəqəsi təşkil edilib. Yeni dayanacaq pavilyonları qoyulub, iki dəfə “BakıKart” ödəmə terminalı quraşdırılıb və digər zəruri infrastruktur işləri görülüb. 

101, 150 və 187 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar müvafiq olaraq Türkan, Pirallahı və Zirə qəsəbələrindən sərnişinləri Qala mübadilə məntəqəsinədək gətirəcək.

Bu ərazidən isə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə (NMM) “Q1” adı altında yeni marşrut xətti təşkil edilir.

“BakuBus” MMC-nin istismarında olacaq xətt üzrə avtobuslar Ramana yoluna daxil olmadan birbaşa hərəkət edəcək ki, bununla da sərnişinlərin səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq və onlar təyinat məntəqəsinə daha tez çatacaqlar. Q1 xətti üzrə gediş haqqı 40 qəpik müəyyən edilib və ödəniş nağdsız formada olacaq.

Dəyişikliklər sayəsində Pirallahı, Zirə, Türkan və Qala qəsəbəsi sakinlərinin “Koroğlu” NMM və əks istiqamətdə rahat və təhlükəsiz şəkildə daşınması mümkün olacaq.

İki marşrut xəttindən istifadə etmələrinə baxmayaraq onların səyahət müddəti əvvəlki vaxtla müqayisədə əhəmiyyətli dərəcədə azalacaq.

Həmçinin, xətt dəyişikliyi nəticəsində Pirallahı qəsəbəsindən “Koroğlu” NMM-ə gedən sərnişinlər 10 qəpik daha az gediş haqqı ödəyəcəklər.

Məlumat üçün bildiririk ki, 101, 150 və 187 nömrəli müntəzəm marşrut xətləri sərnişindaşımaları balansında əsaslı təmir edilən nəqliyyat vasitələri olan daşıyıcıya həvalə edilib. Qeyd edək ki, bütün dəyişikliklər 12.04.2021-ci il tarixindən tətbiq olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mask buna görə dünyada İLK İNSAN oldu

Mask buna görə dünyada İLK İNSAN oldu

“Milan” bu futbolçu ilə müqaviləni UZATDI

“Milan” bu futbolçu ilə müqaviləni UZATDI

“Ukraynada nizamlanma indiyədək heç vaxt olmadığı qədər yaxındır” - Tramp

“Ukraynada nizamlanma indiyədək heç vaxt olmadığı qədər yaxındır” - Tramp

Vəfa Şərifova: “Moskvadan ev almışam” - VİDEO

Vəfa Şərifova: “Moskvadan ev almışam” - VİDEO

Lavrov: "Avropa tarix boyu dəfələrlə böhranların və bəlaların mənbəyi olub" - VİDEO

Lavrov: "Avropa tarix boyu dəfələrlə böhranların və bəlaların mənbəyi olub" - VİDEO

Hacıqabulda qəza baş verdi, sürücü həlak oldu - FOTO

Hacıqabulda qəza baş verdi, sürücü həlak oldu - FOTO

"Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

"Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

İspaniya millisinin sabiq üzvü “İnter Mayami”yə KEÇDİ

İspaniya millisinin sabiq üzvü “İnter Mayami”yə KEÇDİ

Zelenskinin ABŞ, NATO və Avropa liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Zelenskinin ABŞ, NATO və Avropa liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Emin Əmrullayev: “Çantaların ağırlığı problemi var, lakin…”

Emin Əmrullayev: “Çantaların ağırlığı problemi var, lakin…”

Pərvin Abıyeva: “Qadının puluna göz dikənə kişi kimi baxmıram” - VİDEO

Pərvin Abıyeva: “Qadının puluna göz dikənə kişi kimi baxmıram” - VİDEO

Zakir Qaralova ağır itki üz verdi

Zakir Qaralova ağır itki üz verdi

Tramp bu gün Zelenski və Avropa liderlərinə ZƏNG EDƏCƏK

Tramp bu gün Zelenski və Avropa liderlərinə ZƏNG EDƏCƏK

Yuri Vernidub: “Men sehrbaz deyiləm”

Yuri Vernidub: “Men sehrbaz deyiləm”

Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI

Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI

“Gizir Xanı”ya şəhidlik statusu verildi

“Gizir Xanı”ya şəhidlik statusu verildi

Rusiyada Trampın şərəfinə spirtli içki İSTEHSAL EDİLƏCƏK

Rusiyada Trampın şərəfinə spirtli içki İSTEHSAL EDİLƏCƏK

“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

Tahir İmanovun adından dələduzluq - VİDEO

Tahir İmanovun adından dələduzluq - VİDEO

Kansler Milad bayramında Rusiya ilə Ukrayna arasında “atəşkəs” elan etməyi TƏKLİF ETDİ

Kansler Milad bayramında Rusiya ilə Ukrayna arasında “atəşkəs” elan etməyi TƏKLİF ETDİ

Zədəli Çalhanoğlu, komandası üçün meydana çıxacaq

Zədəli Çalhanoğlu, komandası üçün meydana çıxacaq

Vüqar Əhməd necə saxlanılıb? - SƏS YAZISI

Vüqar Əhməd necə saxlanılıb? - SƏS YAZISI

Türkiyə Qara dəniz üzərində PUA vurub

Türkiyə Qara dəniz üzərində PUA vurub

Bu legioner “Sabah”ı tərk edə bilər

Bu legioner “Sabah”ı tərk edə bilər

End of content

No more pages to load

RADİO