Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib.
Bizim.Media-ya Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, aprelin10-da paytaxt ərazisində mövcud karantin rejiminin tələbləri çərçivəsində təmizliklə bağlı daxili iməclik və geniş dezinfeksiya tədbirləri keçirilib.
İməclik zamanı paytaxtın kommunal və digər xidmətləri tərəfindən şəhərdə prospekt və küçələr, səkilərin kənarları, bordyurların və buradakı işıq dirəkləri, yol kənarındakı məhəccərlər, köşklər yuyulub.
Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində cari ildə üçüncü, pandemiyanın əvvəlindən isə 21-ci dəfə geniş dezinfeksiya tədbirləri həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin dezinfeksiyasini aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və əlavə təmizlik işləri görülüb.
Bizim.Media