Fransada koronavirusa yoluxduğu üçün özünü evə təcrid edən 53 yaşlı kişi qarət edilib.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, tibb işçisi kimi geyinən şəxslər onu aldadaraq evinə daxil olublar.
Sonra kişinin əl-qolunu bağlayaraq, evdə olan pulların yerini deməsini tələb ediblər.
O da cinayətkarların istəyini yerinə yetirib. Evindən təxminən 300 min avroluq əşyanı götürüblər. Hadisə yerini tərk edərkən onlar bütün mebelləri antiseptik maddə ilə də siliblər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media