“Trudavoy”a əlvida - VAXT AÇIQLANDI 

Xəbər verildiyi kimi, Azərbaycanda əmək kitabçası elektronlaşdırılacaq. Bu informasiyanın verilməsindən 2 aya yaxın bir vaxt keçir. 

İndi hər kəsə maraqlıdır ki, əmək kitabçasının elektronlaşdırılması prosesi necə aparılır? Və prosesə başlanılıbmı?

Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, hazırda vahid əmək münasibətləri platforması test rejimində fəaliyyətdədir.
 

MÖVZU İLƏ BAĞLI:

Əmək kitabçaları dövriyyədən çıxarılacaq


Yaxın zamanda isə Əmək münasibətləri və məşğulluq alstsistemi (ƏMAS) real vaxt rejimində fəaliyyətə başlayacaq.

Rəqəmsal məşğulluğun təşkili istiqamətində ƏMAS ilk mühüm addım kimi xüsusi önəm kəsb edir. Ölkə üzrə bütün işəgötürənlər üçün funksional bir “ERP” formatında olacaq. ƏMAS bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini özündə birləşdirəcək. 

ƏMAS bütün işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolunda çıxış edəcək.
 

Əmək müqaviləsinin e-formada bağlanması, rəqəmsal kadr-uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində ƏMAS önəmli rol oynayacaq. 


Altsistemin tərkibində risk əsaslı yoxlama, elektron audit və elektron cərimə modulları da yaradılacaq.

İstehsalatda baş verən bədbəxt hadisələrin reyestri formalaşdırılacaq və s. Vakansiya bankının daha təkmil formalaşdırılması və xüsusi alqoritmlərlə işəgötürən üçün işçi, işçi üçün isə işəgötürən seçimi təşkil ediləcək. Bir sözlə: ƏMAS işəgötürənlər (xüsusilə də kiçik və orta sahibkarlar) üçün əmək münasibətlərinin daha rahat şəkildə tənzimlənməsində mühüm rol oynayacaq.

Qurumun məlumatında vurğulanıb ki, ƏMAS-ın istifadəyə verilməsi ilə  əmək müqavilələrinin kağız forması, əmək kitabçaları tələbi, sosial sığorta kartları,  işçilərin şəxsi iş anlayışı ləğvi, kağız üzərində əmrləşmələrin,  kağız üzərində ezamiyyələrin və  ştat cədvəllərinin, fiziki həyata keçirilən yoxlamaları ləğv olunacaq. 

İqtisadçı ekspert Natiq Cəfərli söyləyir ki,  hər bir insanın özünün elektron kabineti olacaq.

İstənilən anda  elektron  kabinetinə girib əməkhaqqı barəsində arayışı   əldə edəcək.

Həmsöhbətimiz deyir ki, texniki məsələlərlə bağlı problemlər həllini tapsa, bu təşəbbüs  pozitiv bir addımdır:

“Vətəndaş bankdan kredit götürən zaman ayrıca bir  təqdimata ehtiyac qalmayacaq. Bank əməkdaşı ümumi dövlət  portalından  əmək haqqının həcmi, əmək müqaviləsilə bağlı məlumatlar  asan şəkildə əldə edəcək”. 
 

"O, əlavə edir ki, əmək stajının kağız üzərindən elektron hesaba yüklənməsinin məsuliyyətini işə götürən özü daşıyır. İşəgötürən ümumi bazaya operativ məlumat verməli və əmək müqavilələrini qeydiyyatdan keçirməlidir".


"Vətəndaş üçün daha rahat variant isə “Asan imza”nı əldə etməsidir. Bu olanda  daha rahat çəkildə elektron  hesaba çıxış əldə  edəcək. İstənilən halda  öz hesabına daxil olub əmək stajını izləyə biləcək. İlk dəfə işə götürülən  vətəndaşın əmək stajı yeni qayda ilə icra olunmalıdır”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bavariyada terror aktı hazırlayan 5 nəfər TUTULDU

Bavariyada terror aktı hazırlayan 5 nəfər TUTULDU

Suriyada İŞİD-ə qarşı əməliyyat keçirilir

Suriyada İŞİD-ə qarşı əməliyyat keçirilir

Messinin səfərini təşkil edən şəxs saxlanıldı - Ödənişlər qaytarılacaq

Messinin səfərini təşkil edən şəxs saxlanıldı - Ödənişlər qaytarılacaq

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI - VİDEO

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI - VİDEO

Əkbər ən böyük arzusuna çatdı - VİDEO

Əkbər ən böyük arzusuna çatdı - VİDEO

Leninin cəsədi mavzoleydən KÖÇÜRÜLÜR - Yerində isə...

Leninin cəsədi mavzoleydən KÖÇÜRÜLÜR - Yerində isə...

Bakıda toyda ŞOK YAŞANDI: Bəylə gəlin boks əlcəkləri taxaraq... - VİDEO

Bakıda toyda ŞOK YAŞANDI: Bəylə gəlin boks əlcəkləri taxaraq... - VİDEO

ChatGPT 5.2 -dən növbəti yenilik: Artıq burada fəaliyyətə başladı

ChatGPT 5.2 -dən növbəti yenilik: Artıq burada fəaliyyətə başladı

Daha 2 boksçumuz Avropa çempionatında yarımfinala YÜKSƏLDİ

Daha 2 boksçumuz Avropa çempionatında yarımfinala YÜKSƏLDİ

Tramp qarşısında aciz qalan Avropa 20 ilə yox olacaq? - VİDEO

Tramp qarşısında aciz qalan Avropa 20 ilə yox olacaq? - VİDEO

"Tarqovu"da maraqlı sevgi ETİRAFI - VİDEO

"Tarqovu"da maraqlı sevgi ETİRAFI - VİDEO

33 yaşlı qadın 18 yaşlı oğlandan uşaq DOĞDU - Efirdə QALMAQAL - VİDEO

33 yaşlı qadın 18 yaşlı oğlandan uşaq DOĞDU - Efirdə QALMAQAL - VİDEO

Goranboyda zəncirvari qəza - Avtomobillərə ciddi ziyan dəydi

Goranboyda zəncirvari qəza - Avtomobillərə ciddi ziyan dəydi

"Ayıb olsun mənə dediklərinə görə" - ağlayaraq efirdən GETDİ - VİDEO

"Ayıb olsun mənə dediklərinə görə" - ağlayaraq efirdən GETDİ - VİDEO

Sidneydə atəş açan şəxsi müsəlman zərərsizləşdirdi - VİDEO

Sidneydə atəş açan şəxsi müsəlman zərərsizləşdirdi - VİDEO

Zelenski Ukraynanın NATO üzvlüyündən imtinası üçün şərtini açıqladı

Zelenski Ukraynanın NATO üzvlüyündən imtinası üçün şərtini açıqladı

Dünən saxlanılan tiktokerə HƏBS CƏZASI verildi

Dünən saxlanılan tiktokerə HƏBS CƏZASI verildi

Bakıda Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimi keçirildi

Bakıda Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimi keçirildi

"Qarabağ" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

"Qarabağ" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

Məktəb direktorunun işə bərpa tələbi rədd edildi - Ali Məhkəmənin QƏRARI

Məktəb direktorunun işə bərpa tələbi rədd edildi - Ali Məhkəmənin QƏRARI

Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Naxçıvana getdi - FOTO

Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Naxçıvana getdi - FOTO

Berlində Zelenski ilə Uitkoff və Merts arasında görüş başladı – FOTO

Berlində Zelenski ilə Uitkoff və Merts arasında görüş başladı – FOTO

Saray körpüsündə minik avtomobili ilə sərnişin avtobusu toqquşdu - VİDEO

Saray körpüsündə minik avtomobili ilə sərnişin avtobusu toqquşdu - VİDEO

Pənah Hüseyni XƏBƏRDAR ETDİ: “Gizli ... üzə çıxsa, biabır olacaq”

Pənah Hüseyni XƏBƏRDAR ETDİ: “Gizli ... üzə çıxsa, biabır olacaq”

End of content

No more pages to load

RADİO