Vahid jurnalist vəsiqəsi lazımdırmı? – “Mediada kim ağzına nə gəldi yazır, pozuntular çoxdur” – TƏZAD

Xəbər verildiyi kimi, “Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir. 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun sözlərinə görə, hazırda media subyektlərinin təklifləri müzakirə olunur və qanun layihəsi yaxın zamanlarda aidiyyəti orqanlara təqdim ediləcək. Daha sonra layihə ətrafında cəmiyyətdə müzakirələr keçiriləcək.

Sözügedən qanun layihəsinin qəbulundan sonra isə jurnalistlər üçün vahid vəsiqə məsələsinə baxılacaq. 

Üç ay əvvəl yaradılan Medianın İnkişafı Agentliyinin qaldırdığı vahid vəsiqənin tətbiqi yenidən aktullaşıb. Qurumun icraçı direktoru Əhməd İsmayılovun söylədiyinə görə, media mənsubları üçün verilməsi nəzərdə tutulan və məqbul sayıla bilən vahid vəsiqə jurnalistikanın inkişafına töhfə verəcək, həmçinin reket jurnalistikasının sıradan çıxarılmasına səbəb olacaq.

Son günlər ictimaiyyətdə və mediada ciddi müzakirələrə səbəb olan vahid vəsiqə məsələsi ilə bağlı müxtəlif fikir ayrılıqları səsləndirilir. Təklifi dəstəkləməyənlər vəsiqənin bir növ jurnalistika fəaliyyəti ilə məşğul olan insanlar üçün lisenziya rolu oynaya biləcəyini və vahid vəsiqənin ölkəmizdə icrasına ehtiyac olmadığını düşünürlər. 

Məlumat üçün qeyd edək ki, təxminən 7 il əvvəl də Mətbuat Şurasının təşəbbüsü ilə jurnalistlər üçün “sarı kart” sisteminin tətbiqinə başlanmışdı. 

Həmin vəsiqədən müəyyən redaksiyalara və jurnalistlərə də təqdim edilmişdi. Guya reket jurnalistikaya qarşı mübarizə aparmaq üçün atılan addım idi.  Amma heç bir effekti və nəticəsi olmadı. 

Media ekspertlərinin dediyinə görə, reket jurnalistikaya qarşı vahid vəsiqə ilə mübarizə aparmaq mümkünsüzdür və bu sahənin işi deyil. Reket jurnalistika ilə qanunla mübarizə aparmaq lazımdır ki, bunun üçün də qanunvericilik var.

Maraqlıdır, beynəlxalq təcrübəsi olmayan vahid vəsiqənin Azərbaycanda yeni qurum tərəfindən reallaşdırılması mümkündürmü? Buna ehtiyac varmı?

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Bizim.Media-ya açıqlamasında vahid vəsiqə məsələsinin qaldırılmasının absurd olduğunu deyib:
 

“Bu nə deməkdir? Vahid vəsiqə məsələsi yoxdur. Hər bir hüquqi şəxs, media bu gün öz vəsiqəsini verir və ona görə də məsuliyyət daşıyır. Bu məsuliyyəti də heç kəslə bölüşməməlidir. Başqa problemlərimiz yoxdur ki, bunlar elə vəsiqənin üstünə düşüblər?  


Düzgün yanaşma deyil... Mətbuat Şurasının "Jurnalistlərin peşə əxlaqı kodeksi", “KİV haqqında” qanun, eləcə də jurnalistin informasiya əldə etmək hüququ var ki, heç biri işləmir. Bunlar bərbad vəziyyətdədir. İşləməyən qanunları işlək vəziyyətə salsınlar. Mətbuat haqqında qanunda deyilir ki, hər hansı dövlət qurumu jurnalistin sorğusuna operativ və təcili şəkildə cavab verməlidir.

Əgər müəyyən dəqiqləşdirmələr tələb olunursa, cavab 24 saat ərzində verilə bilər. Mən həftələrlə, aylarla dövlət qurumundan cavab ala bilmirəm. Məhkəmələrdən bunu əldə edirəm. Mediada kim ağzına nə gəldi yazır, pozuntular çoxdur. Jurnalistikanın iqtisadi vəziyyəti ağırdır. Əsas konseptual məsələlər bunlardır ki, kənarda qalıb. Gedib onları həll etsinlər”.

Mehman Əliyevin fikrincə, Medianın İnkişafı Agentliyinin vahid vəsiqə təşəbbüsü jurnalistikaya nəzarət etmək cəhdidir:
 

“Bu addım birbaşa ölkədə söz azadlığının qarşısını almağa hesablanıb. Necə ki, Vəkillər Kollegiyası normal vəkilləri sıradan çıxarıb.  Eləcə də bu... Azərbaycanda normal vəkil çatışmır.


Mən vətəndaş kimi özüm bilərəm kimi vəkil seçərəm. Cəhd ona görədir ki, jurnalistləri nəzarətə götürsünlər və təzyiq etsinlər. Mən vahid vəsiqə addımında başqa “töhfə” görmürəm”. 

Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli vahid vəsiqə təklifini birmənalı qarşılamayıb.

O, hesab edir ki, vahid vəsiqə jurnalistikada olan problemin həlli deyil: 

“Bu vəsiqə zaman-zaman gündəmə gəlir. Mediada sistem, nizam yaratmaq istəyindən irəli gəlir. Bu, o demək deyil ki, vahid vəsiqə alanlar jurnalist sayılacaq, almayanlar isə yox…Bilirsiz ki, mətbuatda kənar meyllər, reket xislətli saytlar, şəxslər və mətbuat azadlığından sui-istifadə edənlər var. Vəsiqə məsələsi ona yönəlsə də,  bu şəkildə mərkəzləşmə yaratmaq reket jurnalistikasını aradan qaldırmağın həlli və çıxış yolu deyil.  İlk növbədə mətbuatın gücünün, nüfuzunun artırılmasını düşünmək lazımdır. Azərbaycanda kifayət sayda sayt və jurnalistlər var.
 

Cəmiyyətin isə istinad etdiyi, məlumat oxuduğu neçə sayt və qəzet var? Bu, bir əlin barmaqlarının sayı qədər deyil.


Ona görə də ölkədə azad mətbuatı inkişaf etdirə və onun ictimai rəyə təsirini artıra bilsək, yerdə qalan problemlər, eləcə də mətbuat azadlığından sui-istifadə edən tör-töküntülər öz-özünə əriyib gedəcək”.

Qulu Məhərrəmli reketçiliyin mətbuatın deyil, cəmiyyətin işi olduğunu vurğulayıb:

“Bu məsələ ilə cəmiyyət və hüquq-mühafizə orqanları məşğul olmalıdır. Əslində bu tip kənar meyllər digər sahələrdə - səhiyyədə, elə hüquq-mühafizə orqanlarının özündə də var. Sadəcə olaraq jurnalistika daha asan platformadı deyə, ondan sui-istifadə edənlər var”.

Media eksperti vahid vəsiqənin beynəlxalq təcrübədəki roluna da toxunub. O, deyib ki, vaxtilə Türkiyədə “sari kart” tətbiq edilib:

“Bu, ondan ötrü idi ki, jurnalistlərə ictimai nəqliyyatda güzəşt, kritik hallar zamanı hüquq-mühafizə orqanlarından kömək almaq və s. məqsədilə üstünlüklər verilsin. Amma o vəsiqə də Türkiyədə uzun müddət davam edə bilmədi. Hesab edirəm ki, bu məsələdə daha effektli və səmərə verən bilən tədbirlər haqda düşünmək lazımdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

5 ölkə "Eurovision"u boykot etdi

5 ölkə "Eurovision"u boykot etdi

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Həkimləri qorxudan yeni trend

Həkimləri qorxudan yeni trend

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

“Məni istəməyəni bağışlaya bilmirəm”

“Məni istəməyəni bağışlaya bilmirəm”

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

End of content

No more pages to load

RADİO