Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatına görə, tanınmış rejissor bu gün 76 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda doğulub.
İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. M. Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
Bizim.Media