"İşğaldan azad olunan torpaqlarımızda ekologiya dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlər görülür".
Bizim.Media-nın məlumatına görə, bunu Zəngilanda jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan ekologiya ilə bağlı 20-yə yaxın konvensiyanın tam hüquqlu üzvüdür:
"Beynəlxalq konvensiyasının mütəxəssisləri bizimlə birlikdə monitorinqlərdə iştirak edəcəklər. Bu zaman onlar erməni vandallığının şahidi olacaqlar. Bu illər ərzində 100 min hektar ərazidə yanınlar törədib, flora və faunamıza böyük ziyan vurublar. Bunlarla bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq".
Bizim.Media