Azərbaycanda vəzifədən gedən eks-məmurlar niyə memuar yazmırlar...

Dünya siyasi tarixindən məlumdur ki, bir çox siyasətçilər, məmurlar həm siyasi proseslərdəki aktiv dövrlərində, həm də karyeralarını başa vurandan sonra memuar-xatirə yazırlar.xa0

Azərbaycanda uzun illər hansısa quruma rəhbərlik etmiş nazirlər, digər yüksək çinli məmurlar vəzifədən gedəndən sonra mütaliəyə daha çox vaxt ayırdıqlarını deyirlər. Görünür, vəzifə postunda qərarlaşan zamanlarda vaxt məhdudluğundan çox əziyyət çəkiblər.

İstisna deyil ki, hansısa məmura, ya da nazirə kreslo həvalə olundu, hər dəqiqələri bir xatirəyə çevrilir. Təbii ki, baxır hansı formalarda. Elələri var ki, vəzifə başına keçərkən şəxsi mənfəəti üzərində dövlətə və xalqa xəyanət edərək, o qədər nöqsanlara yol verir ki, onun xatirə-memuar yazmasının zərrə qədər əhəmiyyəti olmur. Elələri də var ki, vəzifə başındada ziyalılığını qoruyur, aydın təfəkkürünü xalqına xərcləyir.

Xatirə - memuar oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə - memuar həcmcə oçerkdən xeyli böyük də ola bilər.xa0

Maraqlıdır, xarici ölkələrdən fərqli olaraq Azərbaycanda siyasi xadimlər, eksnazirlər, digər keçmiş məmurlar memuar yazmağa həvəsli olmurlar. Hətta belələri barmaqla sayılacaq qədər də deyil.xa0

Halbuki, müstəqillik dönəmində Azərbaycanda o qədər təlatümlü hadisələr baş verib ki, həmin olaylardan yazılan xatirələr gələcək üçün qiymətli real tarixi material sayıla bilər.
Azərbaycanda vəzifədən gedən insanlar niyə memuar yazmaq həvəsində olmurlar?! Müstəqillik illərində xatirələrini qələmə alan hansısa nazirə, ya da məmura rast gəlməmişik.xa0

Bunun səbəbləri nə ola bilər?

Xalq şairi, keçmiş deputat, hazırda Dünya Azərbaycanlıları Konqresinin həmsədri olan Sabir Rüstəmxanlı Modern.az-a bu mövzuda danışıb.xa0

S.Rüstəmxanlı deyir ki, memuar janrında yazmaq heç də asan deyil.

xa0“Bəzi nazirlərin memuar yazması hörmət gətirməz”x9d

“Memuar janrı o qədər də asan janr deyil ki, hər yerindən duran yazsın. Kimin başına nə gəlibsə, onu nağıl edirsə, bu ədəbiyyat deyil. Əslində, memuar-xatirə ədəbiyyatı ədəbiyyatın ən çətin janrı hesab olunur. Onun oxunaqlı olması üçün yazı bədii olmalıdır. Bədii yazı olmadıqdan sonra oturub başına gələnləri yazmaq heç kəs üçün maraqlı deyil. Digər tərəfdən də hər adamın həyatı maraqlı deyil. Nümunəvi həyat yolu keçənlər memuar yaza bilər.

Tutaq ki, filankəs neçə illər nazir işləyib. İndi onun memuar yazması nəyi dəyişəcək?! xa0Hansı yollarla nazirliyə gəlməsi, hansı oyunlardan keçməsi, necə pul qazanması, var-dövlət sahibi olması bəzi nazirlərin avtobioqrafiyasıdır. Təxminən bəzi nazirlərin qısa yolu belədir. Belə vəzifədə olanların memuar yazması hörmət gətirməz. Ona görə də hər kəsdən memuar yazmaq tələb olunmur”x9d.


“Nazirlərimizin ciddi yazı-pozu bacarığı yoxdur”x9d
Sabir Rüstəmxanlı deyir ki, bəzi vəzifədən gedənlər var ki, xatirəni özləri yazmayıb.

“Azərbaycanda həm məmurlar, həm də nazirlər arasında qeyri-adi maraqlı həyat yaşamış insanlar olub. Bəziləri indi də sağdır. Bu tip insanların xatirələri oxucu üçün maraqlı ola bilər. Təbii ki oturub memuar yaza bilsələr.
Köhnə partiya nümayəndləri vardı ki, memuar yazıblar. Əslində, həmin xatirəni özləri yazmayıb. Hansısa istedadlı qələm sahiblərinə yazdırıblar. Bizim nazirlərimizin hətta yaxından tanıdıqlarımın elə də ciddi yazı-pozu qabiliyyəti yoxdur. Yeganə yol odur ki, təqaüdə çıxandan sonra güclü qələm sahibi ilə birlikdə nəsə yaza bilərlər”x9d.xa0

“Ana dilini səlis bilmirlər”x9d

“Bəs niyə bəzi vəzifədən gedənlər geniş mütaliəyə sahib olsalar da, memuar yazmır”x9d sualını xalq şairi belə cavablandırıb.

“Bir səbəbi də odur ki memuar ədəbiyyatı zəifdir. Ziyalı, savadlı insanlar vaxtilə vəzifədə olsalar da, nədənsə yazmağa meylli deyillər. Bunun da bir səbəbi kompüterlə işləmək bacarığının olmaması, öz ana dilini səlis bilməməkdir. Hətta çoxlu dünya və yerli ədəbiyyat oxusalar da, memuar yazmağı bacarmırlar. Çünki geniş mütaliəyə malik olan insanda “mütləq bədii yazı qabiliyəti olmalıdır”x9d düşüncəsi yanlışdır. Ona görə də yaza bilmirlər”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Konqresində Trampa qarşı ETİRAZ

ABŞ Konqresində Trampa qarşı ETİRAZ

Enrike İqlesias dörd uşağının FOTOSUNU paylaşdı

Enrike İqlesias dörd uşağının FOTOSUNU paylaşdı

Ukrayna Baş Qərargahı Putini təkzib etdi: “Yalanlar uydurur”

Ukrayna Baş Qərargahı Putini təkzib etdi: “Yalanlar uydurur”

Kosovoda növbədənkənar parlament seçkilərində səsvermə keçirilir

Kosovoda növbədənkənar parlament seçkilərində səsvermə keçirilir

Alyona Əliyeva DOST Mərkəzindən paylaşım etdi - FOTO

Alyona Əliyeva DOST Mərkəzindən paylaşım etdi - FOTO

Rusiya qoşunları iki istiqamətdə irəlilədi - FOTO

Rusiya qoşunları iki istiqamətdə irəlilədi - FOTO

Şəkidə 26 yaşlı gənc itkin düşdü - FOTO

Şəkidə 26 yaşlı gənc itkin düşdü - FOTO

Gədəbəydə avtomobil yollarını buz bağladı

Gədəbəydə avtomobil yollarını buz bağladı

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Faciəvi şəkildə ölən Aytac və Aynurun FOTOSU

Faciəvi şəkildə ölən Aytac və Aynurun FOTOSU

Tərtərdə 2 avtomobil toqquşdu - 3 yaralı var - FOTO

Tərtərdə 2 avtomobil toqquşdu - 3 yaralı var - FOTO

Duman, qar, şaxta... - FAKTİKİ HAVA

Duman, qar, şaxta... - FAKTİKİ HAVA

Türkiyədə narkotik əməliyyatı: Ölkənin ən gözəl qadını və məşhur repçi TUTULDU

Türkiyədə narkotik əməliyyatı: Ölkənin ən gözəl qadını və məşhur repçi TUTULDU

Astanada yanğın - Binanın damı uçdu - FOTO

Astanada yanğın - Binanın damı uçdu - FOTO

QAİ-nin Amasiya rayon icmasında ilin yekunlarına həsr olunan TƏDBİR KEÇİRİLDİ – FOTO

QAİ-nin Amasiya rayon icmasında ilin yekunlarına həsr olunan TƏDBİR KEÇİRİLDİ – FOTO

Rusiyanın Kiyevə hücumu - 2 ölü, onlarla yaralı var

Rusiyanın Kiyevə hücumu - 2 ölü, onlarla yaralı var

Türkiyəli basketbolçunun komandasından NÖVBƏTİ QƏLƏBƏ

Türkiyəli basketbolçunun komandasından NÖVBƏTİ QƏLƏBƏ

Elmar Hüseynov Milli Məclisdə yüksək vəzifəyə təyin olundu

Elmar Hüseynov Milli Məclisdə yüksək vəzifəyə təyin olundu

Şimal-Qərb rayonları ağ örpəyə büründü - FOTO/VİDEO

Şimal-Qərb rayonları ağ örpəyə büründü - FOTO/VİDEO

Şimal bölgəsinə yenidən qar yağdı - FOTO/VİDEO

Şimal bölgəsinə yenidən qar yağdı - FOTO/VİDEO

Tacir: “Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar”

Tacir: “Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar”

Binə qəsəbəsində qrunt suları və kanalizasiya problemi nə vaxt həll olunacaq? - VİDEO

Binə qəsəbəsində qrunt suları və kanalizasiya problemi nə vaxt həll olunacaq? - VİDEO

Təyyarə okeana düşdü - VİDEO

Təyyarə okeana düşdü - VİDEO

End of content

No more pages to load

RADİO