COVID-19 xəstəliyinin ev heyvanları (it və pişik) arasında yayılmasının araşdırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən elmi-tədqiqat işlərinə başlanılıb.
İnstitutdan Bizim.Media-ya
Tədqiqat işlərinin gedişatına əsasən, COVID-19 testi pozitiv və ya şübhəli olan insanlarla sıx təmasda olan, temperatur və kəskin respirator əlamətlər (yüksək temperatur, burun axması, öskürək, asqırma, pnevmoniya və s.) aşkar edilən, eləcə də son bir ay ərzində bu kimi əlamətlərin müşahidə olunduğu ev heyvanlarından nümunələr götürülür.
Qeyd edək ki, COVID-19 xəstəliyinin törədicisi olan SARS-CoV-2 koronaviruslar ailəsinə mənsub zoonoz və yüksək patogen virus olmaqla, insanlarla yanaşı, heyvanlar üçün də riskli sayılır. Artıq dünyanın müxtəlif ölkələrində zoopark və ev heyvanları arasında COVID-19 xəstəliyi ilə yoluxma faktları qeydə alınmışdır.
Aparılan elmi araşdırmalara görə, COVID-19 xəstəliyinin heyvanlar, xüsusilə, it və pişiklər arasında yayılmasının əsas səbəblərindən biri yoluxmuş insanlarla sıx təmasdır.
Qeyd edək ki, insanlardan ev heyvanlarına COVID-19 virusunun ötürülmə ehtimalı və ev heyvanları arasında virusun dövr etməsi barədə məlumatlar artmaqdadır.
Bizim.Media