Azərbaycan jurnalistləri Rusiya səfirliyinə müraciət etdi - “İskəndər”lə bağlı rəsmi cavab verilməlidir

Azərbaycanın bir qrup tanınmış jurnalisti Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciət ünvanlayıb. 

Bizim.Media-nın xəbərinə görə, müraciətdə deyilir:

"Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. 

Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər.

Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb.

Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin, Azərbaycan tərəfi bu qalıqların məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib.  

Biz xatırlatmağa məcburuq: Yerevanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan “İskəndər” Operativ-Taktiki Raket Kompleksindən atəş açıb. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər. 

Lakin Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda “İskəndər” raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib:

“Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib”. 

Müraciətdə daha sonra vurğulanır:

"Lakin indi Şuşada “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkar edilib. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur. 

Şuşada məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb.

Lakin, indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib.

Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur. 

Ümidvarıq ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcək".

Müraciəti aşağıdakı jurnalistlər imzalayıblar:

1. Mir Şahin Ağayev – REAL TV-nin rəhbəri

2. Əflatun Amaşov - Mətbuat Şurasının sədri

3. Rəşad Məcid - “525-ci qəzet”in baş redaktoru

4. Eynulla Fətullayev – Haqqın.az saytının baş redaktoru

5. Mehriban Məmmədova – AZTV-nin İnformasiya Proqramları Baş Studiyasının Baş direktoru

6. Orxan Fikrətoğlu – müstəqil jurnalist

7. Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru

8. Səadət Məmmədova – ATV prezidentinin müşaviri

9. Həmid Həmidov - bloger

10. Murad Hüseynov – İTV-nin Baş direktorunun müavini

11. Mübariz Əsgərov – müstəqil jurnalist

12. Şakir Eminbəyli – “Rossiya 24” kanalının Azərbaycandakı nümayəndəsi

13. İlqar Mikayıloğlu – REAL TV-nin hərbi analitiki

14. Lalə Azərtaş – Xəzər TV-nin aparıcısı

15. Emin Musəvi – ASAN radionun rəhbəri

16. Rauf Arifoğlu - “Yeni Müsavat” qəzetinin baş redaktoru

17. Elçin Şıxlı - “Ayna-Zerkalo” qəzetinin baş redaktoru

18. Azər Qərib - bloger

19. Tofiq Abbasov – AZTV-nin siyasi icmalçısı

20. Əli Hacızadə - bloger

21. Vyacheslav Sapunov - bloger

22. Ədalət Verdiyev – bloger

23. Tofiqəxanım Qasımova (Nurani) - “Minval.az” saytının siyasi icmalçısı

24. Elçin Alıoğlu - Milli.az saytının baş redaktoru

25. Vüsal Məmmədov - Azvision.az saytının baş redaktoru

26. Şakir Ağayev - “Novaya Vremya” qəzetinin baş redaktoru.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qonşu ölkələrdə yeni virus YAYILIR – Azərbaycanda da qeydə alınıb? – RƏSMİ AÇIQLAMA

Qonşu ölkələrdə yeni virus YAYILIR – Azərbaycanda da qeydə alınıb? – RƏSMİ AÇIQLAMA

İlham Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanladı

Ermənistanda hərbi hissəyə hücumla bağlı RƏSMİ AÇIQLAMA

Ermənistanda hərbi hissəyə hücumla bağlı RƏSMİ AÇIQLAMA

DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi – VİDEO

DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi – VİDEO

AHİK-in VIII qurultayı keçirilir

AHİK-in VIII qurultayı keçirilir

Zaqatalada həyətdən meyit tapıldı

Zaqatalada həyətdən meyit tapıldı

Renat Dadaşov Polşa klubundan AYRILIR

Renat Dadaşov Polşa klubundan AYRILIR

Bakıda kirayə yaşadığı evdə otaq yoldaşını bıçaqladı

Bakıda kirayə yaşadığı evdə otaq yoldaşını bıçaqladı

Yardımlıda əməliyyat: Mütəşəkkil dəstənin iranlı üzvləri TUTULDU – FOTO/VİDEO

Yardımlıda əməliyyat: Mütəşəkkil dəstənin iranlı üzvləri TUTULDU – FOTO/VİDEO

Bu ərazilərə qar yağıb, 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb, 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Süni intellekt üzərindən FAŞİZM TƏBLİĞATI – Milyardlarla insanın ölümü ilə bağlı QORXUNC SSENARİ

Süni intellekt üzərindən FAŞİZM TƏBLİĞATI – Milyardlarla insanın ölümü ilə bağlı QORXUNC SSENARİ

“Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” – VİDEO

“Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” – VİDEO

Xameneinin müşavirindən sərsəm AÇIQLAMA: “Tehran Zəngəzur dəhlizinə qarşıdır”

Xameneinin müşavirindən sərsəm AÇIQLAMA: “Tehran Zəngəzur dəhlizinə qarşıdır”

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Daha bir təyyarə qəzası - Ölənlər var - VİDEO

Daha bir təyyarə qəzası - Ölənlər var - VİDEO

Azərbaycan XİN Qazaxıstanı TƏBRİK ETDİ - FOTO

Azərbaycan XİN Qazaxıstanı TƏBRİK ETDİ - FOTO

İranda avtobus aşdı - 13 ölü, 11 yaralı var - FOTO

İranda avtobus aşdı - 13 ölü, 11 yaralı var - FOTO

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub – TƏFƏRRÜAT

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub – TƏFƏRRÜAT

Yol Polisindən dağlıq yollarda hərəkət edən sürücülərə MÜRACİƏT

Yol Polisindən dağlıq yollarda hərəkət edən sürücülərə MÜRACİƏT

Ceyhun Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Ceyhun Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Zelenski: “Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”

Zelenski: “Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”

Bakıda FACİƏ: Kişi 10-cu mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: Kişi 10-cu mərtəbədən yıxılıb öldü

SON DƏQİQƏ! Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı AXTARIŞA VERİLDİ

SON DƏQİQƏ! Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı AXTARIŞA VERİLDİ

Tovuzda maşın aşdı - Sürücü öldü

Tovuzda maşın aşdı - Sürücü öldü

End of content

No more pages to load

RADİO