Bir uşaq anası olan xanımdan 6 gündür xəbər yoxdur. Ailəsi onu axtarır.
Bizim.Media-nın məlumatına görə, Əliyeva Cəmilə Telman qızı 6 gündür itkindir. Ailəsi ondan xəbər ala bilmir:
''Cəmilənin itkin düşməsi, öldürülməsi və ya başına hansı hadisənin gəldiyi barədə heç bir məlumatımız yoxdur''.
Cəmilə Əliyevanın bacısı deyib ki, evdən ona məxsus olduğu deyilən məktub tapılıb. Amma məktubdakı xətt bacısının xəttinə oxşamır.
Xırdalanda yaşayan 30 yaşlı Cəmilə Əliyevanın bir azyaşlı övladı var.
C.Əliyevanı görənlərdən 0557285792 nömrəsinə və ya polisə məlumat vermələri xahiş olunur.
Bizim.Media

