“Rəmişi müalicə edə bilməyib adını koronavirus qoydular”
Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafiq Hüseynovun(Rəmiş) həyat yoldaşı Gülü Hüseynova jurmalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, bundan öncə də G.Hüseynova Xalq artistinin COVİD-19-a tutulmadığını açıqlamışdı.
Bu gün isə Səhiyyə Nazirliyi sənətkarın koronavirus infeksiyasından dünyasını dəyişdiyini təsdiq edən məlumat yayıb.
“Qaraciyər və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən xalq artisti koronavirusdan dünyasını dəyişib”,- deyə məlumatda qeyd edilib.
Bizim.Media