Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Cəfərov Təbriz İlqar oğlunun nəşi tapılıb.
Bizim.Media-nın məlumatına görə, şəhid bu gün Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, o, 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başlayan zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb.
Müharibənin şiddətli vaxtı Suqovuşan ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.
Allah rəhmət eləsin!
Bizim.Media