Qərbi Azərbaycan Xronikası: “Evində çörək kəsən erməni yeznəmi balta ilə vurdu” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Bizim.Media xəbər verir ki, “Bizi Yevlaxda vaqonlardan düşürüb at arabaları ilə kəndlərə payladılar” adlı buraxılış iki dəfə deportasiyaya məruz qalan 78 yaşlı İrəvan sakini Sudif Fətəliyevin həyat hekayəsinə həsr olunub.

O, 5-6 yaşında deportasiya olunduqlarını, yük vaqonlarında Azərbaycana gətirildiklərini deyib:

“Bizi Yevlax şəhərində vaqonlardan düşürdüb at arabaları ilə kəndlərə yerləşdirdilər. Çox əzablı, çətin günlər idi. Stalin öləndən sonra 1955-ci ildə biz yenidən öz doğulduğumuz ata-baba torpağa - Qərbi Azərbaycana qayıtdıq”.

Onun sözlərinə görə, geri qayıdan zaman İrəvan şəhərində olan evlərini ermənilər ələ keçirib və məcburiyyət qarşısında keçmiş Uluxanlı, sonradan Masis  adlanan rayonun Qulucan kəndində məskunlaşıblar:

“Bizim şəhərdəki evin yerində  “Rossiya” kinoteatrı tikildi. Onun yanında da Gedər çayının sağ sahilində bizim evlər idi. İkimərtəbəli evimiz artıq əlimizdən çıxmışdı”.

Uşaqlıq illərində suda boğulmaq təhlükəsi ilə üzləşdiyini söyləyən S.Fətəliyev bacısına minnətdar olduğunu bildirib:

“1946-cı ildə mən hələ bir yaşında idim. İrəvan şəhərində Gedər deyilən çay daşmışdı,  evimizi su basmışdı. Bütün hamı yuxarı hissəyə qaçanda məni unudublar. Son anda məni bacım və qardaşım xilas ediblər”.

İki dəfə deportasiya olunsa da doğma Vətəni yenidən görmək istədiyini vurğulayan İrəvan sakini deyib:

“Birinci deportasiya 1948-1950-ci illər arasında olub. Nəhayət, 1988-ci ildə yenidən deportasiya başladı. Bu, mənim ikinci deportasiyam oldu. Ermənilər yolda maşınların qabağını kəsib, hətta maşınları talayırdılar. İrəvanda xəstəxanada yatanda erməni həkimlər atamın başına min oyun açdılar.  Zəngibasar (Masis) rayonundakı yeganə məscidi yandırdılar. Hətta yeznəmi evində çörək kəsən erməni balta ilə başından vurdu”. 

O bildirib ki, Azərbaycanın hər yanı bizim üçün doğmadır:

“Ancaq 35 ildir hər gecə yuxumda oranı görtürəm. Ermənilərdən torpaq sahibi olmaz. Onlarınkı heç nədən pul qazanmaqdı. Onlar əməkdən qaçırlar. Biz torpağı sevən, Vətəni sevən bir millətik. Ora bizim dədə-baba torpağımızdı. Vətənə qayıdış bizim gecə-gündüz yadımızdan çıxmayan arzudur. Vətənə qayıtmaq, onun suyunu içib, torpağını ziyarət eləmək, ata-ananın məzarını ziyarət etmək mənim üçün dünyada ən xoş gün olardı. Kaş o günü Allah mənə qismət edəydi. Əminəm, inanıram ki, mən olmasam da, oğul-uşaqlar, nəvələr vaxt gələcək Vətən deyib o torpaqlara qayıdacaqlar. Onda mənim ruhum məzarda şad olacaq”.

Daha ətraflı videomaterialda:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

End of content

No more pages to load

RADİO