Jurnalistlər də vaksinasiya olunacaq – Dünyada 600-dən artıq media işçisi bu bəlanın qurbanı olub

Azərbaycan Mətbuat Şurası üzv olduğu Ümumdünya Mətbuat Şuraları Assosiasiyasında (World Association of Press Councils (WAPC) jurnalistlərin ayrı-ayrı ölkələrin nəzərdə tutduqları qrafikdən kənar vaksinasiyası ilə bağlı məsələ qaldırıb.

Bu barədə Bizim.Media-ya Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, təşəbbüs assosiasiyanın digər üzv təşkilatları tərəfindən müsbət qarşılanıb:

"Qurum bununla bağlı dünya ölkələrinin hökumətlərinə müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, informasiyalı olmaq hər bir şəxsin başlıca hüquq və azadlıqlarındandır. Jurnalistlər isə bunun təmin olunmasında mühüm rol oynayırlar. Onlar özlərinin vəzifələrini həyata keçirərkən müxtəlif əhali kateqoriyaları içərisində olurlar.

Bu peşə sahiblərini nəinki sıravi şəxs, eyni zamanda insanlara informasiya çatdıran vasitəçi kimi qorumağa ehtiyac var.

İndiyədək dünyada 600-dən artıq jurnalistin “COVID-19”un qurbanına çevrildiyinin, çoxlu sayda media təmsilçisinin virusa yoluxaraq sağaldığının, bir çoxunun müəlicəsinin davam etdiyinin vurğulandığı müraciətdə o da bildirilib ki, pandemiyanın bəşəriyyəti təhdid etdiyi durumda xəstəliyin jurnalistlərin fəaliyyətlərinə mənfi təsiri özünü müxtəlif təzahür formaları ilə göstərməkdədir.

Nəticə etibarilə bütövlükdə cəmiyyətin informasiya tələbatını yerinə yetirən media sektoru ziyan görməkdədir. İnsanlar isə qapanma və izolyasiya tədbirlərinə, habelə ümumən “COVID-19”un mövcud durumunun xüsusiyyətlətinə dair mütəmadi məlumatlarla təmin edilməlidirlər".

Qeyd olunub ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası bütün bunların nəzərə alınmasının vacibliyini vurğulayıb, yerli hökumətləri jurnalistlərin “COVID-19” əleyhinə peyvənd olunmaları üçün müvafiq tədbirlər görməyə çağırıb.

"Azərbaycan Mətbuat Şurasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə əldə etdiyi razılığa əsasən kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyası həyata keçiriləcək. Bununla bağlı mexanizm yaxın günlərdə açıqlanacaq", - məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aygün Kazımova ilə Samir Bağırov illər sonra bir araya gəldi - VİDEO

Aygün Kazımova ilə Samir Bağırov illər sonra bir araya gəldi - VİDEO

Kətan yağının sağlamlığa faydaları və düzgün istifadə qaydası - Kimlərə OLMAZ

Kətan yağının sağlamlığa faydaları və düzgün istifadə qaydası - Kimlərə OLMAZ

18 yaşlı gənc qonşusunu öldürdü, arvadını və oğlunu yaraladı - HÖKM OXUNDU

18 yaşlı gənc qonşusunu öldürdü, arvadını və oğlunu yaraladı - HÖKM OXUNDU

“Mançester Yunayted” türkiyəli ulduz üçün 100 milyon TƏKLİF EDİR

“Mançester Yunayted” türkiyəli ulduz üçün 100 milyon TƏKLİF EDİR

Binə qəsəbəsində yolsuzluq PROBLEMİ - VİDEO

Binə qəsəbəsində yolsuzluq PROBLEMİ - VİDEO

Təranə iddiaları YALANLADI: “Qızım nişanlı deyil” - VİDEO

Təranə iddiaları YALANLADI: “Qızım nişanlı deyil” - VİDEO

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya TƏTBİQ ETDİ

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya TƏTBİQ ETDİ

"Belə bir nəticənin olacağını təxmin edirdim" - Qurban Qurbanov

"Belə bir nəticənin olacağını təxmin edirdim" - Qurban Qurbanov

İlk dəfə kritik informasiya strukturlarının təhlükəsizlik vəziyyəti QİYMƏTLƏNDİRİLİB

İlk dəfə kritik informasiya strukturlarının təhlükəsizlik vəziyyəti QİYMƏTLƏNDİRİLİB

Qızılın qiymətində TARİXİ REKORD

Qızılın qiymətində TARİXİ REKORD

Çox adam arıqlamaq üçün belə edir, amma KÖKƏLDİR

Çox adam arıqlamaq üçün belə edir, amma KÖKƏLDİR

Sabah Bakının 3 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 3 rayonunda QAZ OLMAYACAQ

“Barselona” Fliklə bağlı QƏRAR VERDİ

“Barselona” Fliklə bağlı QƏRAR VERDİ

Vilayəti Ermənistanın dili ilə DANIŞDI - VİDEO

Vilayəti Ermənistanın dili ilə DANIŞDI - VİDEO

Zaur Röyaya bahalı üzük BAĞIŞLADI - VİDEO

Zaur Röyaya bahalı üzük BAĞIŞLADI - VİDEO

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan TƏDBİRDƏ - FOTO

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan TƏDBİRDƏ - FOTO

“Sabah” “Qarabağ”ı məğlub edib liderliyə yüksəldi - VİDEO

“Sabah” “Qarabağ”ı məğlub edib liderliyə yüksəldi - VİDEO

Prokuror Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etdi - FOTO

Prokuror Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etdi - FOTO

ABŞ-da təyyarə qəzaya uğradı, ölənlər var - VİDEO

ABŞ-da təyyarə qəzaya uğradı, ölənlər var - VİDEO

Kafedə dalaşanları ayırmaq istədi - Həyatından oldu… - FOTO

Kafedə dalaşanları ayırmaq istədi - Həyatından oldu… - FOTO

“Səbail” yenə xal itirdi

“Səbail” yenə xal itirdi

Sevil və Sevinc bacıların biznesi BATDI - VİDEO

Sevil və Sevinc bacıların biznesi BATDI - VİDEO

Azərbaycan nümayəndə heyəti Ankarada Forumda iştirak edir - FOTO

Azərbaycan nümayəndə heyəti Ankarada Forumda iştirak edir - FOTO

Mədəniyyət Nazirliyi bu kitabları satın aldı – SİYAHI

Mədəniyyət Nazirliyi bu kitabları satın aldı – SİYAHI

End of content

No more pages to load

RADİO