Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, şəhər sakini V.Cəlilov idarə etdiyi “VAZ-2101” markalı avtomobili aşırıb.
Nəticədə avtomobildəki sərnişin Verəzət kənd sakini Ş.Mustafayev hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bizim.Media