Arvadına göz qoyan qonşusunu evə gətirdi, başını kəsdi - Dəhşətli qətlin ANBAAN GÖRÜNTÜLƏRİ

Bakıda dəhşətli cinayətlər törətməkdə ittiham olunan Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Aqşin Quliyevin məhkəməsi başa çatıb.

Bizim.Media xəbər verir ki, Aqşin Quliyev əvvəllər qonşusu olmuş İlham Həşimovun son aylar bir neçə dəfə yaşadığı Bülbülə qəsəbəsindəki mənzilinin qarşısında dayanaraq pəncərəyə baxdığını görüb.

O, İlham Həşimovun arvadı ilə münasibətdə olmasından və əxlaqsız təkliflər etməsindən şübhələnib.

Aqşin Quliyev İlham Həşimovu öldürmək qərarına gəlib. 2019-cu ilin sentyabrından başlayaraq İlham Həşimovun mobil telefonuna zənglər edərək onunla görüşmək istədiyini bildirib.

Görüş sentyabrın 29-a təyin edilib. Aqşin Quliyev onu yaşadığı mənzilinə çağırıb. İlham Həşimov həmin gün saat 11 radələrində qeyd olunan ünvana gəlib. O, Aqşin Quliyevlə mənzilin qonaq otağında, stol arxasında söhbət edib.

Daha sonra Aqşin Quliyev televizorun yanından şüşə materialdan olan şirniyyat qabını götürürək stulda arxası ona tərəf əyləşmiş İlham Həşimovun baş nahiyəsinə zərbələr vurub.

Onlar əlbəyaxa olublar. Aqşin Quliyev mənzilin girişindəki dəhlizdə əvvəlcədən gizlətdiyi bıçağı götürüb İlham Həşimova çoxsaylı xəsarətlər yetirib.

İlham Həşimov evin qapısından çıxaraq qaçmaq, köməyə adam çağırmaq istəsə də, Aqşin Quliyev buna imkan verməyib.

Aqşin Quliyev İlhamın onu öldürməməsi ilə bağlı yalvarışlarına məhəl qoymayıb, əlində olan bıçaqla zərbələr vurub, sonra isə başını kəsərək qətlə yetirib.

Aqşin Quliyev İlham Həşimovu öldürdükdən sonra təxminən 20 il əvvəl qardaşının keçmiş arvadı ilə yaxın münasibətdə olmasından şübhələndiyi və həmin müddətdən qərəzli münasibətdə olduğu uzaq qohumu, "sınıqçı" kimi fəaliyyət göstərən Füzuli Şirinovu da öldürmək qərarına gəlib.

Aqşin Quliyev həmin gün saat 13 radələrində İlham Həşimovu öldürdüyü mətbəx bıçağını paltarında gizlədib və yaşadığı ünvandan çıxaraq taksi ilə Füzuli Şirinovun yaşadığı Binəqədi rayonuna gəlib.

O, həmin vaxt evində xəstə müayinə edən Füzuli Şirinovu gözləyib.

Füzuli Şirinov dəhlizə çıxan zaman üzərində olan bıçaqla ona oğlunun gözləri qarşısında xəsarətlər yetirib. Füzuli Şirinovun oğlu araya girib və Aqşin Quliyevin hərəkətlərinin qarşısını alıb.

Füzuli Şirinov vaxtında xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Aqşin Quliyev həbs edilib.

İstintaq orqanı tərəfindən Aqşin Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Quliyev ilk 3 ilini həbsxanada qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hacıqabulda qəza baş verdi, sürücü həlak oldu - FOTO

Hacıqabulda qəza baş verdi, sürücü həlak oldu - FOTO

"Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

"Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

İspaniya millisinin sabiq üzvü “İnter Mayami”yə KEÇDİ

İspaniya millisinin sabiq üzvü “İnter Mayami”yə KEÇDİ

Zelenskinin ABŞ, NATO və Avropa liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Zelenskinin ABŞ, NATO və Avropa liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Emin Əmrullayev: “Çantaların ağırlığı problemi var, lakin…”

Emin Əmrullayev: “Çantaların ağırlığı problemi var, lakin…”

Pərvin Abıyeva: “Qadının puluna göz dikənə kişi kimi baxmıram” - VİDEO

Pərvin Abıyeva: “Qadının puluna göz dikənə kişi kimi baxmıram” - VİDEO

Zakir Qaralova ağır itki üz verdi

Zakir Qaralova ağır itki üz verdi

Tramp bu gün Zelenski və Avropa liderlərinə ZƏNG EDƏCƏK

Tramp bu gün Zelenski və Avropa liderlərinə ZƏNG EDƏCƏK

Yuri Vernidub: “Men sehrbaz deyiləm”

Yuri Vernidub: “Men sehrbaz deyiləm”

Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI

Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI

“Gizir Xanı”ya şəhidlik statusu verildi

“Gizir Xanı”ya şəhidlik statusu verildi

Rusiyada Trampın şərəfinə spirtli içki İSTEHSAL EDİLƏCƏK

Rusiyada Trampın şərəfinə spirtli içki İSTEHSAL EDİLƏCƏK

“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

Tahir İmanovun adından dələduzluq - VİDEO

Tahir İmanovun adından dələduzluq - VİDEO

Kansler Milad bayramında Rusiya ilə Ukrayna arasında “atəşkəs” elan etməyi TƏKLİF ETDİ

Kansler Milad bayramında Rusiya ilə Ukrayna arasında “atəşkəs” elan etməyi TƏKLİF ETDİ

Zədəli Çalhanoğlu, komandası üçün meydana çıxacaq

Zədəli Çalhanoğlu, komandası üçün meydana çıxacaq

Vüqar Əhməd necə saxlanılıb? - SƏS YAZISI

Vüqar Əhməd necə saxlanılıb? - SƏS YAZISI

Türkiyə Qara dəniz üzərində PUA vurub

Türkiyə Qara dəniz üzərində PUA vurub

Bu legioner “Sabah”ı tərk edə bilər

Bu legioner “Sabah”ı tərk edə bilər

Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət etdi - FOTO

Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət etdi - FOTO

Aİ və ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi barədə razılığa gəldilər

Aİ və ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi barədə razılığa gəldilər

Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq ölüb

Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq ölüb

“Azərreyl” qələbə qazandı

“Azərreyl” qələbə qazandı

Balakəndəki qəzada xəsarət alanların SON DURUMU

Balakəndəki qəzada xəsarət alanların SON DURUMU

End of content

No more pages to load

RADİO