“Baku Steel Company” MMC-də bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, ərazidə işləyən kranın bir hissəsi qırılaraq “KamAZ” markalı yük avtomobilinin üzərinə düşüb.
Hadisə nəticəsində yük maşınının sürücüsü ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media