Facebook, yeni elanı ilə, istifadəçilərə platformadakı postlarını idarə etməyə imkan verəcək yeni nəzarət təklif edildiyini açıqladı.
Bizim.Media xəbər verir ki, istifadəçilər artıq yazılarına kimlərin şərh yaza biləcəyinə nəzarət edə biləcəklər.
Sosial şəbəkədəki yazılarınızı kimin görəcəyinə nəzarət çoxdan mümkündür, amma indi şərhlər üçün ayrıca nəzarət olacaq.
Məsələn, bir yazı ictimaiyyətə açıq olsa da, yalnız dostlarınızın şərh yazmasına icazə verə biləcəksiniz. Yalnız qeyd etdiyiniz şəxslərin və səhifələrin şərh yazmasına icazə verə biləcəksiniz.(techland)
Bizim.Media