Salyan şəhər sakini, 1966-cı il təvəllüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu itkin düşüb.
Bizim.Media xəbər verir ki, o, martın 1-i səhər saatlarında evdən çıxaraq Bakıya gedib və bir daha geri qayıtmayıb.
Birinci Qarabağ müharibəsi şəhidinin qardaşı olan Ə.Xudaverdiyev fiziki məhdudiyyətli və II qrup əlildir.
Onu görənlərdən Salyan Rayon Polis Şöbəsinə və aşağıdakı nömrəyə zəng vurmaları xahiş olunur: 051 768 66 89.
Bizim.Media