Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının həyat yoldaşı Nailə İsayeva dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, Nailə xanım uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
O, təxminən 20 gün öncə əməliyyat olunsa da vəziyyəti pisləşib və bu gün səhərə yaxın vəfat edib.
74 yaşlı N. İsayeva bir sıra populyar mahnılar bəstələyib. Bu mahnıları Arif Babayev, Flora Kərimova, İlqar Muradov, Brilliant Dadaşova, Aygün Bəylər, Manana Caparidze, Samir Cəfərov, "Kristal" qrupu, Dünya məktəbinin xoru və başqaları ifa ediblər.
Allah rəhmət eləsin.
Bizim.Media




