Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Operativ Məlumat Mərkəzi” Telegram kanalı yayıb.
Mənbə yazır ki, yol verdiyi korrupsiya əməllərinə görə saxlanılan R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
