“Dünya tibbində rəqəmlər müəyyənləşdirilib. Əgər bir həftə ərzində 100 min insan arasında yoluxma 100-ü keçirsə bu, hadisənin nəzarətdən çıxdığını göstərir. Səhiyyə resursları hər nə qədər qənaətbəxş görünsə də, rəqəmlərin o cür artımı həmin dövlətlərdə səhiyyə sisteminin çökməsinə gətirib çıxarır”
Bizim.Media xəbər verir ki, bu sözləri “Müsavat TV”nin suallarını cavablandıran millət vəkili Rəşad Mahmudov səsləndirib.
Onun sözlərinə qarşı Operartiv Qərargah koronavirus dalğaları ilə mübarizəni təkmilləşdirib:
“Belə ki, “pandemiyanın yeni dalğası görünən zaman sərt qapanmaya getməkdənsə, virusun daha çox yayıldığı sahələrin işi müvəqqəti olaraq dayandırılır. Məktəblər də həmçinin... Təhsil müəssisələrinin bağlanması düşünülmüş bir addımdır.
Ailələr, uşaqlar üçün çətin olsa da, bugünkü epidemioloji vəziyyəti nəzərə almaq lazımdır”.
Məktəblərin 3 aydan bir açılıb bağlanmasına da münasibət bildirən Rəşad Mahmudov bunu dünyada heç bir ölkənin koronavirusun yayılma xüsusiyyətlərinə bələd olmaması ilə əlaqələndirib.
Bizim.Media