Bəzi şirkətlər öz əməkdaşlarına aprelin 5-dən karantin səbəbilə SMS icazə sisteminə keçiriləcəyi barədə xəbərdarlıq ediblər.
Bizim.Media xəbər verir ki, xəbər bu gün sosial şəbəkələrdə yayılıb və böyük müzakirələrə yol açıb.
Hətta bəzi şirkət sahibləri portaldan qeydiyyatdan keçmək üçün artıq əməkdaşlarının şəxsiyyət vəsiqələrini də toplayıblar.
Qeyd edək ki, dünən ölkə üzrə koronavirusa yoluxma halı 2248 nəfər olub.
Bununla bağlı Təhsil Nazirliyi Azərbaycanın bəzi şəhərlərində əyani tədrisin dayandırılacağı rəsmən açıqlayıb.
Bizim.Media