UNEC şəhidlərini ehtiramla yad edir - Fotolar

Yanvarın 19-da UNEC-də 20 Yanvar hadisələrinin 27 illiyinə həsr edilən tədbir keçirilib.

UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial Abidənin önündə təşkil edilən tədbirdə universitetin professor-müəllim heyəti ilə birlikdə şəhid ailələri də iştirak edib.

UNEC rektoru, professor Ədalət Muradov, universitet kollektivi və şəhid ailələri “Qanlı yanvar UNEC tələbələrinin gözü ilə”x9d adlı rəsm və foto sərgiyə baxış keçiriblər. Tədbir iştirakçıları Memorial Abidənin önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

UNEC rektoru, professor Ədalət Muradov 20 Yanvar faciəsinin başvermə səbəblərindən söz açaraq, 27 il əvvəl törədilən qətliamın insanlığa qarşı qatı cinayət olduğunu, yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunan bu tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü sayıldığını vurğulayıb. “Şəhid tələbələr hər zaman bizim qürur mənbəyimiz olub”x9d deyən rektor, UNEC-də onların adının daim hörmət və ehtiramla xatırlandığını bildirib.

Rektor 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi barədə də danışıb. Qeyd edib ki, bu hadisələrə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verildi. Ulu öndər həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Daha sonra Ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi.

UNEC-in şəhid tələbəsi Habil Əzizovun qardaşı Etimad Əzizov qardaşı ilə bağlı xatirələrini bölüşüb: “Qardaşım Habilin öz doğum günündə şəhidlik zirvəsinə ucalıb. Bu universitetin tələbəsi olmağı uşaqlıqdan arzu edirdi. Tale belə gətirdi ki, o məzun ola bilmədi və İqtisad Universitetinin əbədi tələbəsi adını qazandı”x9d. Tədbirə qatılan digər şəhid yaxınları ”“ İlqar Əbilhəsənovun qardaşı Yavər Əbilhəsənov və Məhəmməd Umudovun atası Eldar Umudov şəhid ailələrinə olan dövlət dəstəyindən söz açıblar.

20 yanvar şəhidi Aslan Ağaverdiyevin nəvəsi, UNEC-in tələbəsi Aslan Əzimzadə adını daşıdığı babasının şəhidlik zirvəsinə ucalmasından söz açıb. “Şəhid ailəsində göz açdığımdan əminliklə deyə bilərəm ki, dövlətimizin diqqətini hər zaman hiss etmişəm”x9d deyən A.Əzimzadə UNEC tələbələrinin şəhidlərin qəhrəmanlıq yolunu davam etdirməyə hazır olduqlarını bildirib.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.


UNEC şəhidlərini ehtiramla yad edir <i style= - Fotolar" src="//old.moderator.az/fotobaza/original/14438.jpg">UNEC şəhidlərini ehtiramla yad edir <i style= - Fotolar" src="//old.moderator.az/fotobaza/original/14439.jpg">UNEC şəhidlərini ehtiramla yad edir <i style= - Fotolar" src="//old.moderator.az/fotobaza/original/14440.jpg">UNEC şəhidlərini ehtiramla yad edir <i style= - Fotolar" src="//old.moderator.az/fotobaza/original/14441.jpg">UNEC şəhidlərini ehtiramla yad edir <i style= - Fotolar" src="//old.moderator.az/fotobaza/original/14442.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Milan” və “Napoli” vacib qələbə qazandı

“Milan” və “Napoli” vacib qələbə qazandı

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Floridada Trampla Zelenski arasında görüş başladı

Floridada Trampla Zelenski arasında görüş başladı

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Kamil Bəşirov vəfat etdi - FOTO

Kamil Bəşirov vəfat etdi - FOTO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

Qulyaypolda döyüşlər: Vəziyyət mürəkkəbdir, şəhərin bir hissəsi Rusiyanın nəzarətindədir

Qulyaypolda döyüşlər: Vəziyyət mürəkkəbdir, şəhərin bir hissəsi Rusiyanın nəzarətindədir

Şahdağ yolunda avtomobil dərəyə aşdı - Hərəkət müvəqqəti dayandırıldı – VİDEO

Şahdağ yolunda avtomobil dərəyə aşdı - Hərəkət müvəqqəti dayandırıldı – VİDEO

Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu bölgənin inkişafına necə təsir edəcək? - VİDEO

Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu bölgənin inkişafına necə təsir edəcək? - VİDEO

İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verdi

İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verdi

End of content

No more pages to load

RADİO