Rusiyanın əlində gerçəkdən Trampın intim kaseti varmı? ”“ Şantaj videosu haqda ilginc detallar

Bilmirəm sizin də diqqətinizi çəkib ya yox, amma Amerika idarəçiliyinin tam üst qatında (episentrində) xa0əməllicə kuryoz yaşanır. Son seçkidən xəbərsiz olan anlamaz ki, yeni Prezident kimdir. Daha doğrusu gedəsi adam kimdir, gələsi kim. Obamanın son funksional reaksiyaları, aqressiv həmlələri gerçəkdən yol üstündə olan biri üçün xarakterik deyil. Hətta bunu Trampa qarşı qabaqdangəlmişlik, görk üslubu kimi qələmə verməyin özü də sadəlöhvlükdür. Zatən adam ortalıqda. Çılğın halı ilə. Əlindəki sükanı “uf”x9d demədən 180 dərəcə sağa da fırlayar, sola da. Heç bir mənəvi “həlqə”x9d, məhkumiyyət baryeri tanımadan! Yaxşı xa0bəs o zaman səbəb nədir? İnaqurasiyaya 1 ay, 15 gün, 5 gün qalalı ortalığa çökmüş təlaş, eyforiya + süni yaradılmış fors-majorlar nəyə hesablanıb?


Bu haqda düşünməyə dəyər...

Diqqət edin:xa0Seçkidən öncəki sorğularda ciddi səs çoxluğu ilə irəlidə olan namizəd kim idi? ”“ Klinton. Həm də bütöv il boyunca. Niyə? Çünki, “dərin dövlət”x9d Trampın boynuna minnət, borc qoymalı idi. Ki, gör səni nə vəziyyətdə qutudan çıxara bildik.

Ya da olsun - inaqurasiya ərəfəsində (3 gün öncə) Rusiyaya qarşı sanksiyaların yenilənməsi.xa0Bunu Tramp edə bilməzdimi? Axı həmin sanksiyaların marta qədər keçərliliyi vardı. Nə baş verdi? Nə qaçhaqaç idi? Niyə və hara tələsildi? ”“ xa0Çünki, Trampa güvənmirlər və bundan belə həmin sanksiyalar geri çevirilsə artıq bunu aparılan sabit siyasətə deyil, məhz dövlətə qarşı təxribat kimi dəyərləndirəcəklər, Trampı əbədi düşmənin əlində alət olmaqda ittiham edəcəklər, onu ictimai rəyin məngənəsində sıxacaqlar. xa0

Deyim ki, Rusiyanın əlində Trampın intim videosunun olması ilə bağlı dezoların mediaya ötürülməsi də məlum planın tərkib hissəsidir.xa0Demokratlar Trampı hər nə qədər həzm etməsə də, Obama 8 illik qoltuğunu Donalda qıymasa da, yeni Prezidentin Respublikaçılardan olması labüd idi. “Dərin dövlət”x9d də bu zərurətin fərqinə vardığı üçün məqbul hesab etdiyi və demokratlar tərəfindən yürüdülən siyasəti 200 illik idarəçilik ənənəsinə qurban vermədi. Yəni, rotasiya pozulmadı. Amma yanvarın 20-dən sonrakı prosesləri də hesablaya bilmirlər. Ona görə “A”x9dvariantı (Klintonun seçilməsi) məcburən fiaskoya uğrasa da xa0“B”x9d və “C”x9d variantları üzərində baş sındırmaqda qərarlıdırlar. Elə “kaset şantajı”x9d da məlum qəbildən olan fikir istehsalıdır. Ki, sabah Tramp Rusiyaya qarşı loyallaşsa dərhal əks-hucum başlansın və..təbliğatın əsas “balta ucu”x9d da bu deviz olsun: “Putin bir kasetlə Trampı özünə işlətdi”x9d

Yaxşı, bəs elə bir kaset varmı? ”“ Yoxdur, təbii.xa0

Əvvəla:xa0Rusiyanın əlində belə bir kaset olsaydı, onu Trampın deyil, bütövlükdə Amerika dövlətinin əleyhinə yönəldər + indi yox, məhz seçki dövründə “sanballı”x9d bir xaos yaradaraq, nəticədən bəhrələnərdi.

Trampı bu günə qədər güdmək Putinin deyil, yeni Prezidentin rəqiblərinin marağında olub. Güman ki, illər boyunca da bənzər kompromatların ələ keçirilməsinə çalışılıb və nəticə sıfır olduğu üçün “dərin dövlət”x9d abstrakt dezolar ötürmək məcburiyyətində qalıb. Hətta proses o yerə qədər irəliləyib ki, CNN kimi ciddi reputasiyalı kanalı belə bu cür oyunlara alət ediblər. (Trampın son mətbuat konfransındakı aqressiyası səbəbsiz deyildi)xa0

Və nəhayət: Tramp elə bir çılğın, sərbəst, ipə-sapa yatmayan imicə malikdir ki, inanın, hətta məlum kaset varsa belə, yayılsa belə - yenə ciddi anlamda nəyisə dəyişməz. Yəni, Bill Klinton kimi aristokrat, kübar “qəlibdə”x9d birinə qarşı yürüdülən “Monika”x9d - fason həmlələr Trampın üzərində olsa-olsa 1 faizlik effekt verər.xa0

Digər bir nüans:xa0xa02 gün öncə Trampı snayper atəşi ilə vurmaq istəyən killer son anda zərərsizləşdirildi. Həm də Kennedinin öldürüldüyü parkın düz ətrafında. O park ki, 20 yanvar günü Kapitolidə and içmə mərasimindən sonra Ağ evdən Konqresə istiqamətlənəcək parad marşrutunun tam üzərindədir. Mərkəzi meydanın sağ səmtində.

Tramp xarakter etibarilə ABŞ-in mərhum Prezidentinə çox bənzəyir və demək ki, ortalıqda Kennedi xatırlatmasından doğan açıq şantaj var. (Kennedi Merilin Monro ilə yataq söhbətlərinin güdazına getmişdi. Gənc aktrisa və müğənninin Fidel Kastroya ötürdüyü məxfi məlumatları nə Monroya nə də Kennediyə bağışlamadılar) Və düşünün, hazırda Tramp da eyni anda həm abstrakt video ilə şantaj olunur, həm də təsadüf (?) nəticəsində sui-qəsddən qurtulur.xa0

Şifrəli mesajı oxumaq çətin deyil: “Keçmişi və sələfini unutma”x9d

***

Dünən isə Putin maraqlı açıqlama verdi: “Trampı devirmək istəyirlər”x9d. Ardınca da təfərrüatları sadaladı. Səsvermənin legitimliyinə olan şübhələrdən tutmuş inaqurasiyanın baykotuna qədər bir çox məsələlərə münasibət bildirdi. xa0Və bu açıqlamadan düz 2 saat sonra Trampın protokol xidmətinin 1 cümləlik press-relizi yayıldı: “İnaqurasiyaya gəlmək istəməyənlər biletləri qaytarsın”x9d

Putin əslində hər cümləsi ilə kordinal informasiyalar ötürür:

xa0“Trampı devirmək istəyirlər”x9d nə deməkdir? Onu ümumiyyətlə hazırda fiziki məhvdən başqa necə devirə bilərlər? Təbii, heç cür. Çünki seçki, təbliğat, səslərin sayılması, təsdiqi etapı artıq geridə qalıb. Bir tək bron vasitə - xa0impiçmentdir, onu da prosesə dövr etməyin hələ zamanı deyil. Vəssalam. Deməli, hücumu şəxsiyyət üzərinə yönəltmək lazım. Adam ya bezib getməlidi ya utanıb ya da ölüb!

Üstəlik, paralel iş gedir. Ətraf mühiti izolə etmək istiqamətində. xa0Və ya diqqət edin: Klintona Prezidentllik yolunda ən böyük əngəli kim yaratdı?”“ FTB direktoru Ceyms Komi.(Bəzi məxfi yazışmaları deşifrə etməklə) Bax həmin Komi haqda dünəndən etibarən təhqiqat başlanıb. Öz də rəsmən. ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən. Açması? ”“ Açması budur: “Trampın yolunu açan əsas kritik fiqur müdafiəsiz bir şəkildə sorğu sual edilirsə + cinayət təqibi perspektivi ilə üzbəüzdürsə, onun ətrafında olan hər kəs bundan nəticə çıxarsın. Əsas da yeni Prezidentin təhlükəsizliyinə məsul olanlar.”x9dxa0

Putin də onu deyir ki, “ay müəllim, Komini neytrallaşdırmaq sıradan bir məsələ deyil. Bunlar həlqəni daraldır və bu gedişlə sənin şəxsi mühafizənə qədər sızacaqlar. Ehtiyatlı ol.xa0”x9dAyrıca, belə anlaşılır, baykot məsələsi ilə də bağlı Rusiya kəşfiyyatı daha tez məlumat alıb, nəinki Trampın özü. Və mövzu dərhal Putinə məruzə olunub, Prezident isə media üzərindən açıqlama formasında bu kritik xa0informasiyanı dostuna ötürüb. Ki, qardaşım, bir o yatmış protokol xidmətinə de, tədbirə gələnlərlə bağlı səhih məlumatlar toplasın. (Deyilənə görə “dərin dövlət”x9d tərəfindən ən çox Hollivud ulduzları və digər sənətçilərə tövsiyyə olunb ki, tədbirdən yayınsınlar. Səfirlər və diplomatik korpusun digər nümayəndələri isə protokola uyğun olaraq məclisə həyat yoldaşları ilə deyil, tək gəlməli və beləcə inaqurasiya zalı şahmat taxtasına bənzəməli imiş. Plan isə çox məxfi olduğundan gec xəbər tutulub və...Trampı vəziyyətdən yenə Putin çıxarıb.xa0

***

Bəli, Tramp siyasətdə naşı ola bilər. xa0Fəqət, o istisadiyyatı mükəmməl bilir. Hədəflərinə doğru da bu xətt üzərindən irəliləməyə çalışacaq. Bütün “beyin”x9dləri öz ətrafına yığması + həmin “beyin”x9dlərin içində neft maqnatlarının çoxluq təşkil etməsi isə dünyaya verilən yeni bir mesajdır:xa0“Qara qızıl bundan sonra axıdılan qanlara alət olmayacaq!”x9d

Amerika ötən 8 il etibarilə ikinci dünya müharibəsindən sonra ilk raund idi ki, Rusiyaya belə kəskin şəkildə məğlub oldu, Şərqi tamamən əldən verdi, Türkiyəni hırpalayaraq düşmən qisminə gətirdi, sağlam rəqabət mühitini lokal maraqların girovuna çevirdi, ən böyük müttəfiqlərini özündən narazı saldı...

Tramp isə 24 saaat sonra tarixi şans qazanacaq. Bütün bu itkiləri kompensasiya etmək üçün.

P.S. Bəlkə də mövzuya birbaşa dəxli yoxdur, amma deyim. Günün parafrazı Şimali Koreya lideri Kim Çen İn-ə məxsusdur. Adam Obamaya ünvanladığı məktubunda beləcə də yazıb: “Sən niyə çamadan yığmaq əvəzinə başqa işlərlə məşğulsan ki?”x9dxa0

Nöqtə.


elşən
Elşən Musayev, Milli Məclisin deputatı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Milan” və “Napoli” vacib qələbə qazandı

“Milan” və “Napoli” vacib qələbə qazandı

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Floridada Trampla Zelenski arasında görüş başladı

Floridada Trampla Zelenski arasında görüş başladı

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Kamil Bəşirov vəfat etdi - FOTO

Kamil Bəşirov vəfat etdi - FOTO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

Qulyaypolda döyüşlər: Vəziyyət mürəkkəbdir, şəhərin bir hissəsi Rusiyanın nəzarətindədir

Qulyaypolda döyüşlər: Vəziyyət mürəkkəbdir, şəhərin bir hissəsi Rusiyanın nəzarətindədir

Şahdağ yolunda avtomobil dərəyə aşdı - Hərəkət müvəqqəti dayandırıldı – VİDEO

Şahdağ yolunda avtomobil dərəyə aşdı - Hərəkət müvəqqəti dayandırıldı – VİDEO

Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu bölgənin inkişafına necə təsir edəcək? - VİDEO

Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu bölgənin inkişafına necə təsir edəcək? - VİDEO

İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verdi

İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verdi

End of content

No more pages to load

RADİO