Gədəbəy rayonunda ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, rayonda ümumi sahəsi 250 m² olan birmərtəbəli 8 otaqlı evin iki otağının tavanı 14 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media