4 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusda ər-arvad arasında mübahisə düşüb. Mübahisə daha sonra bir-birlərinə fiziki təzyiq göstərilməsi ilə nəticələnib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.
Görüntülərdə ərlə arvadın mübahisəsi düşür. Ər arvadına “sakit dur” desə də, qadın susmur və mübahisə qızışır.
Bu zaman kişi həyat yoldaşına fiziki təzyiq göstərir. Öz növbəsində qadın da ərinin bu hərəkətinə biganə qalmayaraq qarşılıq göstərir. Cütlüyün mübahisəsinə avtobusdakı sərnişinlər də etiraz edir.
Görüntülərdən o da məlum olur ki sərnişinlər mübahisə səbəbindən hərəkət etməyən avtobus sürücüsünə etiraz edirlər.
Alçina Amilqızı, Bizim.Media