Qərbi Azərbaycan İcması: \"ABŞ regionda mənfur planlarını həyata keçirməyə çalışır\"

"Ənənəvi olaraq, Azərbaycan xalqına düşmən münasibəti bəsləyən ABŞ Konqresində növbəti bir anti-Azərbaycan tədbir keçirilmişdir. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” kimi təxribatçı başlıq altında keçirilmiş dinləmə Konqresin səlibçi mentalitetini, korrupsiyaya uğramış bu strukturun insan hüquqlarına zidd və etnik ayrı-seçkilik yanaşmasını faş etmişdir". 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib. 

Bildirilib ki, dinləmələrdə çıxış etmiş həm hökumət rəsmiləri, həm də konqresmenlər regionda sülhə maneə törədən və düşmənçiliyi qızışdıran bəyanatlar vermişlər. Açıq-aydın görünür ki, ABŞ Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə yaranmış sülh imkanından ciddi şəkildə narahat olub. ABŞ rəsmilərinin verdikləri bəyanatların desktruktiv olması onun beynəlxalq hüquqa zidd, böhtan və etnik ayrı-seçkilik xarakteri daşıyan məzmunundan aydın olur. 

"İlk öncə qeyd edək ki, 300 mini Ermənistandan olmaqla bir milyondan artıq azərbaycanlının zorla öz evlərindən qovulmasına, Ermənistanın azərbaycanlılara qarşı çoxsaylı kütləvi qətliam və digər insanlıq əleyhinə törətməsinə baxmayaraq, ABŞ Konqresi bir dəfə də olsun azərbaycanlılarla bağlı dinləmə keçirməmişdir. Bu azmış kimi, ABŞ Konqresi azərbaycanlıların Ermənistandan kütləvi qovulmaqda olduğu 1988-ci ildə anti-Azərbaycan qətnamələr qəbul edərək, faktiki olaraq Ermənistanın törətdiyi etnik təmizləməyə və insanlıq əleyhinə cinayətlərə dəstək vermişdir. Üstəlik, 1992-ci ildə bədnam 907-ci düzəlişi qəbul edərək, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi işğala və işğal edilmiş Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlının qovulmasını dəstəkləmişdir. 

Yarandığı gündən demək olar ki, fasiləsiz olaraq müharibə aparan, xarici dövlətlərin ərazi bütövlüyünə və müstəqilliyinə qarşı güc tətbiq edən, on milyonlarla insanı qətlə yetirən bir dövlətin nümayəndəsinin Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməsini tənqid etməsi hiddət doğurur. Hərçənd faydası olmasa da, cənab O’Brayna xatırlatmaq istərdik ki, BMT Nizamnaməsində qadağan olunmuş güc tətbiqi dövlətlərin ərazi bütövlüyünə qarşı olandır ki, onunla da Ermənistan və ABŞ-ın özü məşğul olur. 
ABŞ tərəfi nəinki Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyi tədbirlərə dəstək verməlidir, hətta bu tədbirlər zamanı mülkilərin zərər görməsini necə önləməsindən dərs çıxarmalıdır. Keçirdiyi hərbi əməliyyatlar zamanı günahsız insanların həyatına və mülki infrastruktura heç bir dəyər verməyən ABŞ tərəfinin bu məsələdə Azərbaycandan öyrənməli olduğu çox şey var. 

Vaxtilə öz ehtiyacına görə 907-ci maddənin qüvvəsini dayandırmış ABŞ hökumətinin indi həmin bəndi yenə tətbiq etməsi vaxtilə terror hücumuna məruz qalmış ABŞ-a çətin günlərində dayaq durmuş Azərbaycanın ictimaiyyətində bu ölkəyə inamı dərindən sarsıtmışdır. Baş verənlər onu göstərir ki, ABŞ qarşılıqlı hörmət və etimada əsaslanan uzunmüddətli tərəfdaşlıq aparmaq iqtidarında deyil. 

O’Brayanın Azərbaycanın İran İslam Respublikası vasitəsilə Naxçıvan Muxtar Respublikasına nəqliyyat imkanlarını inkişaf etdirmək istiqamətində səyləri ilə bağlı şərh verməsi Azərbaycanın suverenliyinə və daxili işlərinə qarışmaqdır. 

907-ci maddənin tətbiqi, siyasi dialoq və əməkdaşlığın məhdudlaşması ilə Azərbaycanın mövqeyinə təsir etməyə çalışan ABŞ hökuməti bilməlidir ki, səlibçi yanaşmadan, qərəz və hikkədən irəli gələrək, düşünülməmiş addımlar atması ilk növbədə ABŞ-ın özünə ziyandır. 
Bütün bunlar sübut edir ki, sülhü təşviq etmək adı altında regionda öz mənfur planlarını həyata keçirməyə çalışan ABŞ əslində sülhün əldə edilməsinə qarşı çıxır. 

ABŞ hökuməti regionda cərəyan edənlərdən düzgün nəticə çıxarmalı, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə meydana çıxan unikal sülh imkanının reallaşmasına mane olmamalıdır. 

Biz ABŞ hökumətini etnik qərəzinə son verməyə, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququna hörmət etməyə çağırırıq", - bəyanatda vurğulanıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

Afaqın da verilişi bağlanıb?

Afaqın da verilişi bağlanıb?

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Tramp İranı məhv etməklə hədələdi

Tramp İranı məhv etməklə hədələdi

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

End of content

No more pages to load

RADİO