Tezliklə Bakı şəhərində küçələr dezinfeksiya olunacaq.
Bu barədə Bizim.Media-ya Bakı Şəhəri İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov məlumat verilib.
O, söyləyib ki,virus əleyhinə məhlulla Bakı şəhərinin iri küçə və prospektləri yaxın vaxtlarda yuyulacaq.
“İri küçə və prospektlərin dezinfeksiya olunmasının dayandırılması yağıntılı hava şəraiti ilə əlaqədar oldu. Hava yağışlı olanda məhlulu harasa vurmaq effektli olmur.
Lakin, bu müddət ərzində bloklar, liftlər, uşaq meydançaları dezinfeksiya olunması davam edir. Yenidən dezinfeskiya işlərinə başlanılacaq və barədə yaxın günlərdə ictimaiyyətə məlumat açıqlayacağıq ki, həmin günü vətəndaşlar küçələrə çıxmasınlar”.
Gülşanə Mustafayeva, Bizim.Media