Polisdən narkotiklərlə bağlı böyük əməliyyat - Qadın narkotacir tutuldu - VİDEO 

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirir.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Zamin Əliyev Abşeron rayonu ərazisində saxlanılıb.

Onun üzərinə baxış zamanı 46 qram heroin, 27 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda narkotacir ələ keçirildi - VİDEO


Əməliyyat tədbirlərinin davamı olaraq Zamin Əliyevin yaşadığı evdən əlavə 8 kiloqram heroin, 2 kiloqram 440 qram metamfetamin, 2 kiloqram 200 qram marixuana, 2 kiloqram 603 qram tiryək və 2300 ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Orxan Mürsəlov saxlanılıb. Onun üzərinə baxış zamanı 10 qram, Xəzər rayonunda yaşadığı məzildən isə əlavə 2 kiloqram 160 qram heroin, 215 qram marixuana, 61 qram tiryək, 358 qram metamfetamin, 120 ədəd “Metadon M40” həbi və 2 ədəd elektron tərəzi aşkar edilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı isə vətəndaş Nuranə Babayeva saxlanılaraq Baş İdarəyə gətirilib.

Onun üzərinə baxış zamanı 5 qram, Sabunçu rayonunda yaşadığı evindən isə külli miqdarda - 3 kiloqram 470 qram heroin, 500 ədəd “Metadon” həbi və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib.

Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı isə vətəndaş Gülnarə İsmayılova narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 107 qram, Nərimanov rayonunda yaşadığı mənzildən isə 470 qram heroin, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə olunan 2000 manat pul aşkar edilib.

Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Vüsal Tağıyev saxlanılıb.
 

Onun üzərindən və Sabunçu rayonunda yaşadığı evdən ümumilikdə 40 qram heroin və metamfetamin, eləcə də, narkotik vasitələrin satışında istifadə etdiyi 1 ədəd elektron tərəzi, həmçinin, 1 ədəd “Makarov” markalı tapança aşkar edilib.


Beləliklə, Baş İdarə əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, eləcə də, 2920 ədəd “Metadon” həbinin yayılmasının qarşısı alınıb.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kommunal xidmətlərlə bağlı 2026-cı il üzrə Yol Xəritəsi İMZALANDI

Kommunal xidmətlərlə bağlı 2026-cı il üzrə Yol Xəritəsi İMZALANDI

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

Darçının xərçəng əleyhinə İMKANLARI

Darçının xərçəng əleyhinə İMKANLARI

Röya Ayxan efirə 10 minlik geyimdə ÇIXDI - VİDEO

Röya Ayxan efirə 10 minlik geyimdə ÇIXDI - VİDEO

“Rusiya Putinlə İlham Əliyevin Düşənbədəki görüşünün nəticələrini yüksək qiymətləndirir” - Peskov

“Rusiya Putinlə İlham Əliyevin Düşənbədəki görüşünün nəticələrini yüksək qiymətləndirir” - Peskov

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

Dünyanın ən bahalı “yolka” ağacları: Milyarderləri belə şoka salacaq FAKTLAR

Dünyanın ən bahalı “yolka” ağacları: Milyarderləri belə şoka salacaq FAKTLAR

“Mançester Yunayted”də CİDDİ İTKİ

“Mançester Yunayted”də CİDDİ İTKİ

End of content

No more pages to load

RADİO