Qərbi Azərbaycan Xronikası: Gürcüstanda qüvvələr Azərbaycana və Borçalı türklərinə qarşı çıxırdı - VİDEO 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Bizim.Media xəbər verir ki, süjetdə Azərbaycanın Cənubi Qafqazda qonşuları Gürcüstan və Ermənistanla həmişə xoş münasibətdə olduğu, milli əxlaqdan irəli gələn bu keyfiyyəti daim nümayiş etdirdiyi vurğulanır. 

Bildirilib ki, 1987-ci ilin fevralında Gürcüstanın Xobi rayonunun Çaladidi kəndinə sel gələn zaman sovet ordusunda xidmət edən, əslən Ağdamın Mahrızlı kəndindən olan 20 yaşlı Rahib Məmmədov fədakarcasına 28 sakini xilas edərək həlak olub və bu iki ölkə arasında dostluq münasibətlərinə həmişə örnək olub. 

Diqqətə çatdırılıb ki, 1988-ci il dekabrın 7-də Spitak (Hamamlı) rayonu ərazisində 7 bal gücündə zəlzələ baş verəndə Qərbi azərbaycanlılar doğma yurdlarından qovulurdu: 

“Ermənistanı tərk edən ailələrə yollarda divan tutulur, əmlakları qarət edilir, özləri isə qətlə yetirilirdilər. Həmin ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəi boşaldılıb, 226 qərbi azərbaycanlı ermənilər tərəfindən öldürülüb, güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub, 400-dən çox adam bədən xəsarəti alıb.

Azərbaycanlıların başlarına gətirilən müsibətlərə baxmayaraq Spitak zəlzələsindən zərərçəkən ermənilərə yenə yardım əlini uzadıb. Həmin vaxt Bakıdan fəlakət zonasına yardım məqsədi ilə təcili yola düşən könüllü azərbaycanlılardan ibarət böyük qrup “İL-76” təyyarəsində qəzaya düşüb və 78 könüllü həlak olub”.

O da qeyd olunur ki, Azərbaycan həmişə Qarabağda yaşayan erməni sakinlərə öz ərazisində yaşamaq üçün yardımlar edib: 

“Lakin Rəsmi Bakının humanist addım və çağırışların qarşılığında Qarabağdakı qanunsuz cinayətkar qurum terrora əl atıb. Onlar Azərbaycanın bu il sentyabrın 19-da başladığı birgünlük antiterror tədbirindən sonra könüllü olaraq yaşadıqları ərazini tərk ediblər. Həmin könüllü köçkünləri Azərbaycan hərbçisi, polisi yemək və su verməklə yola saldı. Amma 35 il öncə Qərbi azərbaycanlılar evlərindən məcburi çıxarılıb, insanlara şəxsi sənədini, əşyalarını götürməsinə belə imkan verilməyib. Bu il həmin o faciəli tarixin 35 ili tamam olacaq”. 

Sonda Ermənistanda türklərə qarşı vuruşan, soyqırımı törədənlərə qoyulan abidələrin indi uçurulduğu, lakin nə Rahib Məmmədovun cəsarəti, nə də təbii fəlakətə görə ermənilərə yardım etmək üçün gedən 78 könülü azərbaycanlı unudulacaq: 

“Çünki onların heykəlləri tarixdə müsbət işlərə görə qoyulub. Bütün bunlar Azərbaycan xalqının əxlaq və tərbiyəsinin nümunəsidir”. 

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.

İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. 

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. 

Daha ətraflı videomaterialda: 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elbrus dağında kanatın qırılması ilə 25 nəfərlik alpinist qrupu dərəyə düşdü - VİDEO

Elbrus dağında kanatın qırılması ilə 25 nəfərlik alpinist qrupu dərəyə düşdü - VİDEO

Məcburi köçkünləri təhqir edən aparıcının verilişi də bağlandı - İşdən ayrıldı

Məcburi köçkünləri təhqir edən aparıcının verilişi də bağlandı - İşdən ayrıldı

“Mançester Siti” bu futbolçu ilə müqaviləni UZATDI

“Mançester Siti” bu futbolçu ilə müqaviləni UZATDI

Polşa ordunu modernləşdirir, könüllülər CƏLB EDİR

Polşa ordunu modernləşdirir, könüllülər CƏLB EDİR

Bu bürclər tezliklə sevgiləri ilə QARŞILAŞACAQ

Bu bürclər tezliklə sevgiləri ilə QARŞILAŞACAQ

Bir sıra avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR

Bir sıra avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR

Xırdalanda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə edildi - FOTO

Xırdalanda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə edildi - FOTO

Çin ABŞ-a NOTA VERDİ

Çin ABŞ-a NOTA VERDİ

Nuri Şahin bu klubun baş məşqçisi oldu

Nuri Şahin bu klubun baş məşqçisi oldu

Bakıda 10 yaşlı uşaq İTKİN DÜŞDÜ

Bakıda 10 yaşlı uşaq İTKİN DÜŞDÜ

Ukrayna PUA-ları Ufada neft emalı zavoduna DÜŞDÜ - VİDEO

Ukrayna PUA-ları Ufada neft emalı zavoduna DÜŞDÜ - VİDEO

Daşbulağa yola salınan köç karvanı kəndə ÇATDI

Daşbulağa yola salınan köç karvanı kəndə ÇATDI

Nikah yaşına çatmayanları evliliyə məcbur edənləri hansı CƏZA GÖZLƏYİR?

Nikah yaşına çatmayanları evliliyə məcbur edənləri hansı CƏZA GÖZLƏYİR?

Millimiz yarımfinalda UDUZDU

Millimiz yarımfinalda UDUZDU

Zakir Həsənov Pakistan tərəfinə BAŞSAĞLIĞI VERDİ

Zakir Həsənov Pakistan tərəfinə BAŞSAĞLIĞI VERDİ

SON DƏQİQƏ: İranda zəlzələ oldu

SON DƏQİQƏ: İranda zəlzələ oldu

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

“Mən subay deyiləm” — VİDEO

“Mən subay deyiləm” — VİDEO

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

End of content

No more pages to load

RADİO