Energetika Nazirliyində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO 

Energetika Nazirliyində Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, milli qürurunun bərpasının rəmzi olan 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. 

Bizim.Media Nazirliyə istinadən xəbər verir ki, tədbir Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 

Nazir Pərviz Şahbazov çıxışında Qarabağın tacı Şuşanın azadlığı ilə Vətən müharibəsinin taleyini həll edən 8 Noyabrın bütövlükdə regionun müqəddəratını müəyyənləşdirən böyük bir dövrün başlanğıcı olduğunu bildirib.

O, bu yeni geosiyasi nizamın memarı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz liderlik əzmi və dəmir iradəsi sayəsində uzunillik münaqişəni bənzərsiz sonluqla başa çatdırmaqla Qarabağın son iki əsrlik tarixini yenidən yazdığını qeyd edib:

“Böyük strateqlik və qətiyyətli liderliyin gücü ilə dövlətimizin iqtisadi - hərbi qüdrətinin, cəmiyyətimizdə yüksək vətənpərvərlik və milli birlik ruhunun vəhdəti Azərbaycana möhtəşəm qələbələr qazandırdı. 44 günlük Vətən müharibəsi və cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə torpaqlarımızın tamamilə işğaldan azad olunması, suverenliyimizin təmin edilməsi, düşmən tapdağından xilas edilmiş bütün ərazilərimizdə Dövlət Bayrağımızın ucaldılması Azərbaycanı tarixdəki ən qüdrətli dövrünə yetirdi”. 

Nazir vurğulayıb ki, Azərbaycanın müharibəsi haqqı, beynəlxalq hüququ və ədaləti öz gücü hesabına təmin edən ədalətli müharibə idi. Azərbaycan adını dünya tarixinə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkə kimi yazdırıb. Diplomatik cəbhədə nümayiş etdirilmiş prinsipiallıq hərb meydanında ləyaqətli savaşla davam etdirilib. 

Çıxışda ölkə Prezidentinin 30-a yaxın nüfuzlu xarici KİV-ə saatlarla müsahibə verməklə informasiya müharibəsinin ön cəbhəsində Ali Baş Komandan kimi savaşdığı, Azərbaycanı əzəmətli Zəfər və İnkişaf yoluna çıxaran cənab İlham Əliyevin timsalında dünyanın XXI əsrin yeni lider nümunəsi, Müzəffər Sərkərdə ilə tanış olduğu qeyd edilib.

Bildirilib ki, cənab Prezident Azərbaycanın suverenliyinin rəmzi olan bu zəfəri illər əvvəl dövlətimizin gələcək taleyini ona əminliklə etibar etmiş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə əsl liderə xas dəqiq zamanlama ilə ərməğan etdi. 

Azərbaycanın postsovet məkanında separatizmə son qoyan ölkə olduğunu deyən nazir işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən də danışıb. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur modern quruculuq modeli, “Yaşıl Enerji Zonası” Konsepsiyası əsasında bərpa edilir, XXI əsrin ağıllı şəhərləri, ağıllı kəndləri tikilir, Böyük Qayıdış uğurla həyata keçirilir. 

Sonra Zəfər Günündən bəhs edən sənədli film nümayiş etdirilib. 

Tədbirdə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşı, Vətən Müharibəsi iştirakçısı Nicat Əliyev çıxış edərək hərbi əməliyyatlar zamanı vəzifə borcunu və döyüş tapşırıqlarını igidliklə yerinə yetirən əsgərlərimizin şücaəti ilə bağlı xatirələrini bölüşüb. 
Sonda nazir Vətən Müharibəsində iştirak etmiş əməkdaşlar Kamran Rzayev, Cavad Əhmədli, Nicat Əliyev və Sahil Babayevi təşəkkürnamələrlə təltif edib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

End of content

No more pages to load

RADİO