“Azəriqaz”dan \'\'ALDANMAYIN\'\' çağırışı: Əməkdaşlarımıza pul verməyin!

Baş Prokurorluğunun mətbuat xidməti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin (BRQİD) Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin rəis müavini vəzifəsində çalışan Bağırov Ramil İxtiyar oğlunun və Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin operatoru vəzifəsində işləyən Kərimov Mətləb Niyazi oğlunun qanunsuz hərəkətləri barədə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz"ın açıqlamasında bildirilir.

"Adları çəkilən şəxslər barəsində daxil olmuş müraciətlər üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Aparılmış ilkin araşdırma zamanı R.Bağırovun M.Kərimovla cinayət əlaqəsinə girərək, sonuncu vasitəsilə Xəzər rayonu ərazisində yerləşən ticarət obyekti və yaşayış evlərinin yaxınlığından keçən qaz boru xətlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan ümumilikdə 5 700 manat pul vəsaitini rüşvət qismində almalarına dəlalət edən kifayət qədər şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

M.Kərimov 2019-cu ilin aprel ayından etibarən özəl klinikalardan birindən ayrı-ayrı vaxtlarda aldığı arayışlarla müalicə olunduğunu əsas gətirərək əmək fəaliyyəti ilə məşğul olmayıb:

“O, müalicə almasına baxmayaraq BRQİD-nin xidməti ərazisində dəfələrlə daşıyıcı küçə qaz xətlərinin qeyri-qanuni yerini dəyişdirib və Departamentin normal iş fəaliyyətinin təşkil olunmasına maneçilik törədib, eyni zamanda onun bu hərəkəti istehlakçıların təbii qaz təchizatında fasilələrin yaranmasına səbəb olub. Bu səbəbdən M.Kərimovun sağlamlığı ilə əlaqədar müalicədə olmasına əsaslı şübhələr yaranıb. Ona görə də 30.04.2020-ci il tarixdən sonrakı dövr üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə M.Kərimovun heç bir təsdiqedici sənəd təqdim etmədiyini əsas gətirərək bu barədə həmin klinikaya rəsmi məktub göndərilib.

M. Kərimovun Xəzər rayonu ərazisindəki qanunsuz əməlləri barədə 21.04.2020-ci il tarixində Daxili İşlər Nazirliyi, Xəzər rayonu Polis İdarəsinə BRQİD-nin Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin rəisi adından rəsmi müraciət də ünvanlanıb.

“Azəriqaz” ölkə ərazisində təbii qazın əhali və qeyri-əhali abonentlərinə bağlanmış müvafiq müqavilə əsasında satışını həyata keçirir. Qaz sərfiyyatına uyğun ödənişləri isə abonentlər onlayn portallar, ödəniş terminalları vasitəsilə, bank və poçt məntəqələrində həyata keçirməlidirlər.

Bu ödənişlər İstehsalat Birliyinin əməkdaşlarına verilməməlidir. Biz hər hansı digər ödənişli xidmətin göstərilməsi ilə məşğul olmuruq.

Ona görə də bir daha xəbərdarlıq edirik ki, Birliyin adından hansısa bir xidmətin göstərilməsi (qaz çəkilişi, qaz xətlərinin yerinin dəyişdirilməsi və s.) ilə bağlı təkliflərə aldanmayın. Siz fərdi qazlaşma və ya digər hər hansı qaz təsərrüfatına dair görüləcək işlər üzrə xidmətləri xüsusi icazəsi olan (lisenziya) tikinti şirkətləri ilə müqavilə bağlamaqla həyata keçirə bilərsiniz. Bunun üçün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməyiniz kifayətdir.

“Azəriqaz” yalnız dövlət proqramları ilə nəzərdə tutulan yaşayış məntəqələrinin qazlaşdırılmasını, bir sıra sosial layihələr çərçivəsində görülən işləri (aztəminatlı ailələr, Vətən Müharibəsinin qazisi və şəhid ailələrinin müraciətləri), vətəndaş qruplarının müraciətləri əsasında küçə xətlərinin çəkilməsini və s. icra edir. Dövlət proqramı dövlət büdcəsinin vəsaiti ilə, digər sosial təşəbbüslər isə qurumun daxili imkanları ilə reallaşdırılır.

Hətta əhali abonentləri üçün istər dövlət proqramı, istərsə də fərdi qazlaşma zamanı qaz sayğacları da pulsuz olaraq təqdim edilir.

Hörmətli abonentlər, ayrı-ayrı şəxslərin “Azəriqaz” adından dələduzluq əməlləri ilə qarşılaşdığınız halda 104/185 saylı “Çağrı Mərkəzi”nə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat verməyiniz xahiş olunur", - deyə qurum bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qonşu ölkələrdə yeni virus YAYILIR – Azərbaycanda da qeydə alınıb? – RƏSMİ AÇIQLAMA

Qonşu ölkələrdə yeni virus YAYILIR – Azərbaycanda da qeydə alınıb? – RƏSMİ AÇIQLAMA

İlham Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanladı

Ermənistanda hərbi hissəyə hücumla bağlı RƏSMİ AÇIQLAMA

Ermənistanda hərbi hissəyə hücumla bağlı RƏSMİ AÇIQLAMA

DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi – VİDEO

DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi – VİDEO

AHİK-in VIII qurultayı keçirilir

AHİK-in VIII qurultayı keçirilir

Zaqatalada həyətdən meyit tapıldı

Zaqatalada həyətdən meyit tapıldı

Renat Dadaşov Polşa klubundan AYRILIR

Renat Dadaşov Polşa klubundan AYRILIR

Bakıda kirayə yaşadığı evdə otaq yoldaşını bıçaqladı

Bakıda kirayə yaşadığı evdə otaq yoldaşını bıçaqladı

Yardımlıda əməliyyat: Mütəşəkkil dəstənin iranlı üzvləri TUTULDU – FOTO/VİDEO

Yardımlıda əməliyyat: Mütəşəkkil dəstənin iranlı üzvləri TUTULDU – FOTO/VİDEO

Bu ərazilərə qar yağıb, 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb, 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Süni intellekt üzərindən FAŞİZM TƏBLİĞATI – Milyardlarla insanın ölümü ilə bağlı QORXUNC SSENARİ

Süni intellekt üzərindən FAŞİZM TƏBLİĞATI – Milyardlarla insanın ölümü ilə bağlı QORXUNC SSENARİ

“Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” – VİDEO

“Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” – VİDEO

Xameneinin müşavirindən sərsəm AÇIQLAMA: “Tehran Zəngəzur dəhlizinə qarşıdır”

Xameneinin müşavirindən sərsəm AÇIQLAMA: “Tehran Zəngəzur dəhlizinə qarşıdır”

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Daha bir təyyarə qəzası - Ölənlər var - VİDEO

Daha bir təyyarə qəzası - Ölənlər var - VİDEO

Azərbaycan XİN Qazaxıstanı TƏBRİK ETDİ - FOTO

Azərbaycan XİN Qazaxıstanı TƏBRİK ETDİ - FOTO

İranda avtobus aşdı - 13 ölü, 11 yaralı var - FOTO

İranda avtobus aşdı - 13 ölü, 11 yaralı var - FOTO

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub – TƏFƏRRÜAT

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub – TƏFƏRRÜAT

Yol Polisindən dağlıq yollarda hərəkət edən sürücülərə MÜRACİƏT

Yol Polisindən dağlıq yollarda hərəkət edən sürücülərə MÜRACİƏT

Ceyhun Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Ceyhun Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Zelenski: “Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”

Zelenski: “Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”

Bakıda FACİƏ: Kişi 10-cu mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: Kişi 10-cu mərtəbədən yıxılıb öldü

SON DƏQİQƏ! Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı AXTARIŞA VERİLDİ

SON DƏQİQƏ! Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı AXTARIŞA VERİLDİ

Tovuzda maşın aşdı - Sürücü öldü

Tovuzda maşın aşdı - Sürücü öldü

End of content

No more pages to load

RADİO