Leyla Əliyevadan azad edilən ərazilərlə bağlı layihə — Müsabiqəyə siz də qoşulun! 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihəyə start verilir. 

IDEA İctimai Birliyindən Bizim.Media-ya verilən məlumata görə, ölkə miqyasında nəzərdə tutulan fəaliyyət proqramı üzrə Ermənistanın 30 illik işğalı nəticəsində təbiətimizə vurulan ziyan araşdırılacaq, ərazilərin bərpası üçün beynəlxalq təcrübə öyrəniləcək və ekoloji ziyanın miqyasının ölçülməsi üçün metodologiya və qaydalar hazırlanacaq. 

İştirakçı qismində seçilən gənclər həmin metodologiya və qaydaların tətbiq olunması üçün təlimlərdə iştirak edəcəklər.

Gənclər işğaldan azad olunan ərazilərin real ekoloji vəziyyəti ilə tanış olacaq, müxtəlif vasitələrlə yerli və beynəlxalq ictimaiyyəti törədilən ekosid faktlarına dair məlumatlandırcaqlar.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilən bu layihə nəticəsində, gənclərin iştirakı ilə işğaldan azad olunmuş ərazilərin ekoloji durumunun qiymətləndirilməsi aparılacaq.

Bu unikal imkandan yararlanmaq üçün ətraf mühit sahəsində təhsil və təcrübəsi olan gənclər IDEA İctimai Birliyinə müraciət edə bilərlər.

Gənc ekoloqlar aşağıdakı keçidə daxil olmaqla 20 aprel 2021-ci il tarixinədək özləri barədə lazımi məlumatları təqdim edə bilərlər: 

//docs.google.com/forms/d/e/1FAIpQLSdLV_SKVgyzqQBOHLTeBpiUsuEJ29k3tV93bFS5C42ouidPcA/viewform

Müraciətlər əsasında seçilmiş namizədlər daha sonra müsahibədən keçdikləri təqdirdə layihədə iştirak imkanı qazanacaqlar.

Əlavə sual olduqda, , info@ideacampaign.org elektron poçt ünvanı və ya +99412 497 63 16 əlaqə nömrəsi vasitəsilə IDEA İctimai Birliyinə müraciət edilə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SU İÇMƏK hər zaman xeyirli deyil

SU İÇMƏK hər zaman xeyirli deyil

Bələdiyyə sədri vəfat etdi

Bələdiyyə sədri vəfat etdi

Aygün Kazımovanın ifası ağsaqqalı belə COŞDURDU - VİDEO

Aygün Kazımovanın ifası ağsaqqalı belə COŞDURDU - VİDEO

Məşhur güləşçi karyerasını yekunlaşdırdı

Məşhur güləşçi karyerasını yekunlaşdırdı

Hindistan səfiri Banqladeş XİN-ə çağırıldı

Hindistan səfiri Banqladeş XİN-ə çağırıldı

Ançelotti Braziliyada qalmaq istəyir

Ançelotti Braziliyada qalmaq istəyir

Basketbol Liqası: “Abşeron Lions” “Neftçi”yə qalib gəldi

Basketbol Liqası: “Abşeron Lions” “Neftçi”yə qalib gəldi

Ukraynada azərbaycanlı hərbçi həlak oldu

Ukraynada azərbaycanlı hərbçi həlak oldu

Bakı-Ələt yolunda dəhşətli qəza: Böyük tıxac var - VİDEO

Bakı-Ələt yolunda dəhşətli qəza: Böyük tıxac var - VİDEO

“Trabzonspor” - “Beşiktaş” oyununda qalib müəyyənləşmədi - VİDEO

“Trabzonspor” - “Beşiktaş” oyununda qalib müəyyənləşmədi - VİDEO

Kadırov: “Putin dəstək versə, yenidən namizədliyimi irəli sürəcəm”

Kadırov: “Putin dəstək versə, yenidən namizədliyimi irəli sürəcəm”

Fərhad Məmmədov: “Aİ hansı “erməni məhbuslarından” bu qədər qayğı ilə danışır?!”

Fərhad Məmmədov: “Aİ hansı “erməni məhbuslarından” bu qədər qayğı ilə danışır?!”

Yeniyetmə sevgilisinin anasını və onun iki uşağını öldürdü

Yeniyetmə sevgilisinin anasını və onun iki uşağını öldürdü

Bavariyada terror aktı hazırlayan 5 nəfər TUTULDU

Bavariyada terror aktı hazırlayan 5 nəfər TUTULDU

Suriyada İŞİD-ə qarşı əməliyyat keçirilir

Suriyada İŞİD-ə qarşı əməliyyat keçirilir

Messinin səfərini təşkil edən şəxs saxlanıldı - Ödənişlər qaytarılacaq

Messinin səfərini təşkil edən şəxs saxlanıldı - Ödənişlər qaytarılacaq

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI - VİDEO

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI - VİDEO

Əkbər ən böyük arzusuna çatdı - VİDEO

Əkbər ən böyük arzusuna çatdı - VİDEO

Leninin cəsədi mavzoleydən KÖÇÜRÜLÜR - Yerində isə...

Leninin cəsədi mavzoleydən KÖÇÜRÜLÜR - Yerində isə...

Bakıda toyda ŞOK YAŞANDI: Bəylə gəlin boks əlcəkləri taxaraq... - VİDEO

Bakıda toyda ŞOK YAŞANDI: Bəylə gəlin boks əlcəkləri taxaraq... - VİDEO

ChatGPT 5.2 -dən növbəti yenilik: Artıq burada fəaliyyətə başladı

ChatGPT 5.2 -dən növbəti yenilik: Artıq burada fəaliyyətə başladı

Daha 2 boksçumuz Avropa çempionatında yarımfinala YÜKSƏLDİ

Daha 2 boksçumuz Avropa çempionatında yarımfinala YÜKSƏLDİ

Tramp qarşısında aciz qalan Avropa 20 ilə yox olacaq? - VİDEO

Tramp qarşısında aciz qalan Avropa 20 ilə yox olacaq? - VİDEO

"Tarqovu"da maraqlı sevgi ETİRAFI - VİDEO

"Tarqovu"da maraqlı sevgi ETİRAFI - VİDEO

End of content

No more pages to load

RADİO